Bakı. AzerVoice:
Qəzzadakı dağıntılarla fəxr edirəm.
AzerVoice xəbər verir ki, bu sözləri İsrailli nazir May Qolan İsrail Parlamentində çıxışı zamanı deyib.
"Hətta 80 il sonra da hər körpə yəhudilərin Qəzzada etdiklərini nəvələrinə danışacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 29 min 313 fələstinli həlak olub, 69 min 333 nəfər isə yaralanıb.
İsrail fələstinlilərə hərəkət məhdudiyyəti tətbiq edə bilər
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.
İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.