4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Belçikada iki müxalifət partiyası hökuməti Fələstin dövlətinin tanınması ilə bağlı çağırış edib

Belçikada iki müxalifət partiyası hökuməti Fələstin dövlətini rəsmi şəkildə tanımağa çağırıb. Bu təşəbbüs Fransanın Fələstini tanımaq qərarından sonra ölkədə yenidən gündəmə gəlib.

29 İyul 2025 15:30
Baku
Belçikada iki müxalifət partiyası hökuməti Fələstin dövlətinin tanınması ilə bağlı çağırış edib

BAKI, AzerVoice

Belçikada iki müxalifət partiyası hökuməti Fələstin dövlətini rəsmi şəkildə tanımağa çağırıb. Bu təşəbbüs Fransanın Fələstini tanımaq qərarından sonra ölkədə yenidən gündəmə gəlib.

AzerVoice xəbər verir ki, bu barədə Sosialist Partiyasının lideri Paul Magnette ölkədəki siyasi partiyalara ünvanladığı məktubda məlumat yayıb. O, Federal Parlamentə Fələstin dövlətinin tanınması ilə bağlı qanun layihəsi təqdim edəcəklərini bildirib və layihəyə dəstək istəyib.

Magnette məktubunda “sülh yalnız iki demokratik və müstəqil dövlət – İsrail və Fələstin – mövcud olduqda mümkündür”- deyə qeyd edib. Bu çağırışın beynəlxalq hüquqa və insan haqlarına münasibətdə ikili standartların qarşısını almaq üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Ecolo partiyasının həmsədri Samuel Koqolati isə sosial media hesabında Belçikanın İspaniya, Norveç və İrlandiyanın atdığı addımı izləməli olduğunu qeyd edib.

Koqolati əlavə edib ki, yalnız tanıma ilə kifayətlənmək olmaz, eyni zamanda İsraillə əməkdaşlığın məhdudlaşdırılması, sanksiyalar tətbiqi və Qəzzaya humanitar yardımların artırılması istiqamətində konkret addımlar atılmalıdır.

Ölkənin xarici işlər naziri Maxime Prevot isə məsələ ilə bağlı iyulun 25-də verdiyi açıqlamada bildirib ki, koalisiya razılaşması Fələstin dövlətinin tanınmasını nəzərdə tutur. “Əsas sual bunu edib-etməyəcəyimiz deyil, nə vaxt edəcəyimizdir”, – deyə nazir qeyd edib.

Prevot, sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasına qədər bu məsələdə hökumətin mövqe ortaya qoymasını təklif edəcəyini açıqlayıb. O, həmçinin Fələstindəki humanitar vəziyyətə diqqət çəkərək, İsrailin yardımın qarşısını almağa davam etdiyini, beynəlxalq çağırışlara baxmayaraq blokadaların qaldırılmadığını vurğulayıb.

Məqalədə: #Fələstin #Belçika #İsrail və Fələstin münaqişəsi 2025 #İsrailin Fələstin torpaqlarını işğalı #İsrailin Fələstin siyasəti #Fələstin Belçika səfiri

Mövzu üzrə digər xəbərlər

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

18:51
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
Fələstin

İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb

18:40
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03
İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb
Fələstin

İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

3 Sentyabr 20:59

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.