9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Liberman deyir ki, İran İsrailə qarşı qəfil hücümü keçə bilər

Müxalif sağçı “Yisrael Beitenu” partiyasının lideri Avigdor Liberman bu gün, cümə günü İranın İsrailə qarşı gözlənilməz hücum həyata keçirməsi ehtimalı barədə xəbərdarlıq edib.AzerVoice xəbər verir ki, bu xəbərdarlıq iki ölkə arasında son müharibədən sonra gərginliyin davam etdiyi bir vaxtda səslənib.

3 Oktyabr 2025 19:41
Liberman deyir ki, İran İsrailə qarşı qəfil hücümü keçə bilər

BAKI,AzerVoice

Müxalif sağçı “Yisrael Beitenu” partiyasının lideri Avigdor Liberman bu gün, cümə günü İranın İsrailə qarşı gözlənilməz hücum həyata keçirməsi ehtimalı barədə xəbərdarlıq edib.AzerVoice xəbər verir ki, bu xəbərdarlıq iki ölkə arasında son müharibədən sonra gərginliyin davam etdiyi bir vaxtda səslənib.

“Kim İranla bağlı baş verən hadisənin bitdiyini düşünürsə, yanılır və aldadır… İranlılar ciddi və fədakarcasına çalışırlar, müdafiələrini və hərbi imkanlarını hər gün gücləndirirlər və nüvə obyektlərində iş bərpa olunub”-deyə Liberman X platformasında paylaşımında yazıb.

O, aparıcı ölkələr tərəfindən Tehrana qarşı sanksiyaların yenidən tətbiq edilməsinə işarə edərək bunun “adi bir məsələ” olmadığını qeyd edib.

O, sözlərinə belə davam edib: “Görünür, iranlılar bu dəfə bizi təəccübləndirməyə çalışırlar. Bazar ertəsi başlayıb bir həftə davam edəcək Sukot (Çardaqlar bayramı) bayramını qeyd edin, ailəniz və dostlarınızla xoş vaxt keçirin, ancaq ehtiyatlı olun və qorunan ərazilərə yaxın qalın”.-deyə Liberman yəhidiləri ehtiyatlı olmağa çağırıb.

Liberman İsrail hökumətinin fəaliyyətini tənqid edib.

“Onların korladıqlarını biz düzəldənə qədər bu hökumətə etibar etmək olmaz, biz yalnız İsrail ordusuna və özümüzə güvənə bilərik”- deyə, o əlavə edib.

Libermanın - keçmişdə İsrailin müdafiə naziri olmuş siyasətçinin- bu xəbərdarlığının konkret kəşfiyyat məlumatlarına əsaslanıb-əsaslanmadığı, yoxsa şəxsi qiymətləndirməsi olduğu aydın deyil.

Ötən il iyunun 13-də İsrail İranın üzərinə 12 gün davam edən gözlənilməz hücum həyata keçirmiş, bu müddətdə Tel-Əviv və Tehran qarşılıqlı zərbələr endirmişdi. Nəticədə hər iki tərəfdən yüzlərlə ölü və yaralı olmuş, daha sonra Vaşinqton 24 iyunda atəşkəs əldə edildiyini elan etmişdi.

Son həftələrdə İsrail rəsmilərindən sərt bəyanatlar səslənib. Müdafiə Nazirliyinin baş direktoru Amir Baraam sentyabrın 15-də “İrana qarşı başqa raundlar da olacaq” deyə vurğulamış, baş nazir Benyamin Netanyahu -Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Qəzzada hərbi cinayətlərdə ittiham olunaraq axtarılan - yəhudi yeni ili rəsmiləşən gündən (22 sentyabr) əvvəl “İranın Şər oxunun məhv edilməsinin zəruri” olduğunu bəyan etmişdi.

Məqalədə: #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #Aviqdor Libermanın tənqidləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İran-İsrail qarşıdurması #İsrail və İran #Yisrael Beitenu #Avigdor Liberman

Mövzu üzrə digər xəbərlər

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Yəmən

Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib

19:59
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Livan

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb

18:35
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq

İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb

18:20

Son Xəbərlər

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
19:59
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
19:54
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
19:50
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
19:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.