4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin hücumlarında 20 mindən çox fələstinli şagird həlak olub

Fələstin Təhsil və Tədris Nazirliyi bildirib ki, 2023-cü ilin oktyabrından bəri İsrailin Qəzza və İordan çayının Qərb sahilinə (Yəhuda və Samariyaya) həyata keçirdiyi hücumlar nəticəsində 20 min 58 şagird həyatını itirib, 31 min 139 şagird isə yaralanıb. Nazirliyin yayımladığı rəsmi açıqlamaya görə, 7 oktyabr 2023-cü ildən etibarən İsrailin Qəzzada həyata keçirdiyi hava və quru əməliyyatlarında 19 min 910 şagird həlak olub, 30 min 97 nəfər yaralanıb.

21 Oktyabr 2025 15:12
İsrailin hücumlarında 20 mindən çox fələstinli şagird həlak olub

BAKI, AzerVoice, Nailə Babazadə

Fələstin Təhsil və Tədris Nazirliyi bildirib ki, 2023-cü ilin oktyabrından bəri İsrailin Qəzza və İordan çayının Qərb sahilinə (Yəhuda və Samariyaya) həyata keçirdiyi hücumlar nəticəsində 20 min 58 şagird həyatını itirib, 31 min 139 şagird isə yaralanıb.

AzerVoice xəbər verir ki, nazirliyin yayımladığı rəsmi açıqlamaya görə, 7 oktyabr 2023-cü ildən etibarən İsrailin Qəzzada həyata keçirdiyi hava və quru əməliyyatlarında 19 min 910 şagird həlak olub, 30 min 97 nəfər yaralanıb.

Eyni dövrdə İordan çayının Qərb sahilində baş verən hücumlarda 148 şagirdin həyatını itirdiyi, 1042 nəfərin yaralandığı, 846 şagirdin isə İsrail qüvvələri tərəfindən həbs edildiyi bildirilib.

Açıqlamada həmçinin qeyd olunub ki, Qəzza və Qərb sahilində 1037 müəllim və təhsil işçisi öldürülüb, 4 min 740 nəfər yaralanıb. Yalnız Qərb sahilində isə 228-dən çox təhsil əməkdaşı İsrail qüvvələri tərəfindən saxlanılıb.

Nazirlik məlumatında vurğulanıb ki, Qəzzadaki İsrail hücumları nəticəsində 30 məktəb, müəllim və şagirdləri ilə birlikdə tamamilə məhv olub.

Bundan əlavə, 179 dövlət məktəbi və 63 universitet binası tamamilə dağıdılıb, 118 dövlət məktəbi və 100-dən çox BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) məxsus məktəb bombalanaraq ciddi şəkildə zədələnib.

İsrail ordusu Qərb sahilində də təhsil müəssisələrinə hücumlarını davam etdirib. El-Xəlilin cənubundakı Yatta bölgəsindəki Amira ibtidai məktəbi və Tubas şəhərindəki Akabe ibtidai məktəbi dağıdılıb, 8 universitet binasına isə dəfələrlə basqın və sabotaj törədilib.

Məqalədə: #Qəzza #Fələstin #Qəzza zolağı #Qəzza hücumu #Fələstinlilərin məcburi köçü #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Fələstin soyqırımı #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza böhranı və Qərbin mövqeyi

Mövzu üzrə digər xəbərlər

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

18:51
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
Fələstin

İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb

18:40
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

17:46
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.