4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

“Sdi Teiman” - İsrailin gizli işgəncə laboratoriyası: sağ qalanlar danışır

İsrailin Negev səhrasında yerləşən “Sdi Teiman” adlı hərbi həbsxanada baş verən işgəncə, zorakılıq və insanlıqdan kənar rəftarlar barədə yeni ifadələr yayımlanıb. Azad edilən fələstinli məhbuslar həmin yeri “məzar deyil, dirilərin basdırıldığı zindan” kimi təsvir edirlər.

5 Noyabr 2025 18:00
“Sdi Teiman” - İsrailin gizli işgəncə laboratoriyası: sağ qalanlar danışır

BAKI,AzerVoice Analıitik Təhlil Mərkəzi

İsrailin Negev səhrasında yerləşən “Sdi Teiman” adlı hərbi həbsxanada baş verən işgəncə, zorakılıq və insanlıqdan kənar rəftarlar barədə yeni ifadələr yayımlanıb. Azad edilən fələstinli məhbuslar həmin yeri “məzar deyil, dirilərin basdırıldığı zindan” kimi təsvir edirlər.

Əsgərlərin itlərlə zorakılığı – canlı şahid

Qəzzalı jurnalist Şadi Əbu Seydu aprelin 2024-cü ildə gördüklərini belə təsvir edir: “İsrail əsgərləri xüsusi təlim keçmiş itləri məhbusların üzərinə salır, onların cinsi zorakılığına şərait yaradır, özləri isə gülərək həmin anları telefonla çəkirdilər”.

Əbu Seydu mart 2024-cü ildə Qəzzadakı Şifa Tibb Kompleksində çəkiliş edərkən saxlanılıb. O, həbsin ilk saatlarında tam çılpaq soyundurulduğunu, döyülərək qabırğasının sındırıldığını, 10 saatdan çox yağış altında lüt vəziyyətdə saxlanıldığını deyir.

“Sdi Teiman” - beynəlxalq hüququn bir kənara atıldığı zona

Bu həbsxana, İsrailin Qəzzadan yüzlərlə şəxsi saxlayaraq heç bir hüquqi prosedur tətbiq etmədiyi, vəkil və hüquq təşkilatlarının girişinin qadağan olunduğu yer kimi tanınır. Onlar “qanunsuz döyüşçülər” statusu ilə həbs edilir və illərlə məhkəməsiz saxlanılır.

İsrail və beynəlxalq hüquq-müdafiə qurumları, o cümlədən “B’Tselem” hökumətin burada işgəncə və zorakılığı sistematik şəkildə həyata keçirdiyini bildirir.

Yuxusuzluq və psixoloji işgəncə otağı

“İntensiv səs-küy, it hürməsi və zingiltiləri, məhbusların çığırtıları. Yuxu yoxdur. Sanki insanlığın özündən çıxarıldığı bir laboratoriya.”-deyə Əbu Seydu bildirib.

O, başqa otaqda tavanı olan qarmaqlardan boyun və qollarından asıldığını, saatlarla döyüldüyünü deyir.

Məhbusların 140–160 nəfərlik dəmir konteynerlərdə, qum fırtınasının, soyuğun və istinin içində saxlandığı bildirilir. Əsgərlər hər gün itləri buraxaraq insanları yerə uzanmağa məcbur edir, itlər məhbusların üzərində gəzir və dişləyir.

Əbu Seydu“Sdi Teiman”ı belə təsvir edir:

“Bir gecə əsəbləri qopan məhbus ‘uşaqlarıma qayıtmaq istəyirəm’ deyə qışqırdı. Onu çölə çıxarıb soyundurdular və itin zorakılığına məruz qoydular. Əsgərlər gülür, çəkirdilər. Biz isə gözümüz bağlı halda qorxudan titrəyirdik. Orada nə gecə var, nə gündüz. İnsan yalnız işgəncə verənlərin səsini eşidir. Çoxları dəli olur. Mən orada ölməyi arzu etmişdim.”

Digər keçmiş məhbus, Mahmoud Əbu Foul, “Kamal Advan” xəstəxanasında müalicə alarkən əsir götürülüb. Ayağı əvvəlcə amputasiya edilib, çətinliklə hərəkət edən məhbusun qolunu bağlayıb yerdə sürüyüblər.

“7 gün əllərim arxada bağlı və gözlərim örtülü vəziyyətdə qaldım. Yemək az, su az, qışqırıqlar isə gecə-gündüz davam edirdi.”-deyə o bildirib.

Əbu Foul iki saatlıq döyülmə nəticəsində huşunu itirib. Ayılanda artıq görmə qabiliyyəti tamamilə yox idi. Onun sözlərinə görə: “Dərman istəyirdim, gülürdülər. Mən qaranlıqda tək qaldım.”

O, məhbus mübadiləsi ilə azad edilib.

“Azadlığın dadı yoxdur. Ancaq anamın səsini eşidəndə yaşadığımı anladım. Onu görmək mümkün olmadı, çünki artıq gözlərim yoxdur.”

Rəqəmlər və reallıq

•İsrail həbsxanalarında hazırda 10 mindən çox fələstinli saxlanılır
•Onlardan 1800 nəfər Qəzzadandır və “qanunsuz döyüşçü” statusu ilə məhkəməsiz saxlanılır
•Oktyabr 2023-dən bəri ən azı 80 məhbus işgəncə, aclıq və tibbi laqeydlik səbəbilə ölüb

Fələstinli Məhbuslar komitəsinin nümayəndəsi bildirir ki, “İsrail iki ildir həbsxanalarda ayrı bir müharibə aparır. Zorakılıq, təhqir, cinsi işgəncələr, hətta itlərlə həyata keçirilən zorlamalar sənədləşdirilib.”

Hüquq təşkilatları bildirir ki, “Sdi Teiman” hələ də tam qapalı zonadır və orada saxlanılanların real sayı bilinmir.

Məqalədə: #AzerVoice #Müharibə cinayətləri #VOA Analitik Təhlil Mərkəzi #Sdi Teiman #Negev #Fələstinli Məhbuslar komitəsi

Mövzu üzrə digər xəbərlər

Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib
Digər Dövlətlər

Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib

28 Avqust 19:14
Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi
VOA analitika: Geosiyasi təhlillər

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

27 Avqust 21:25
Beynəlxalq Cinayət Məhkəməsinin sədri ABŞ-nin təzyiqlərinə cavab verib
Digər Dövlətlər

Beynəlxalq Cinayət Məhkəməsinin sədri ABŞ-nin təzyiqlərinə cavab verib

26 Avqust 18:19
ABŞ-ın hücumları nəticəsində bir ildə neçə mülki şəxs həlak olub?
VOA analitika: Geosiyasi təhlillər

ABŞ-ın hücumları nəticəsində bir ildə neçə mülki şəxs həlak olub?

20 Avqust 06:00

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.