4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Qəzza sərhədinə yaxın ərazidə beynəlxalq musiqi festivalı keçirəcək

İsrail Qəzza zolağında davam edən hərbi əməliyyatların fonunda ölkənin cənubundakı Netivot şəhərində beynəlxalq musiqi festivalı təşkil edəcəyini açıqlayıb.

20 Noyabr 2025 18:18
İsrail Qəzza sərhədinə yaxın ərazidə beynəlxalq musiqi festivalı keçirəcək

BAKI,AzerVoice, Orxan Qədirzadə

İsrail Qəzza zolağında davam edən hərbi əməliyyatların fonunda ölkənin cənubundakı Netivot şəhərində beynəlxalq musiqi festivalı təşkil edəcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki, Muzi Beynəlxalq Musiqi Festivalı 23–26 noyabr tarixlərində Netivotda keçiriləcək və iki illik fasilədən sonra yenidən fəaliyyətə başlayacaq. Festivalın ideya və təşkilati rəhbərliyi “Music Impact” platformasına, bədii rəhbərliyi isə Qal Alteroviçə məxsusdur.

Rəsmi məlumata görə, festival çərçivəsində Fransa, Almaniya, ABŞ və postsovet ölkələrindən ifaçılar səhnə alacaq. Əsas proqram “Musiqi Yolları” konsepti altında Netivot Səhnə Sənətləri Mərkəzində təqdim ediləcək.

Netivot şəhəri Qəzza zolağının mərkəzi hissəsinə təxminən 8 mil (təqribən 13 kilometr) məsafədə yerləşir. Bu səbəbdən festivalın müharibə zonası yaxınlığında keçirilməsi beynəlxalq ictimaiyyətdə etik və humanitar baxımdan tənqidlərə yol açıb.

İsrail mətbuatının yazdığına görə, Netivot Bələdiyyə Konservatoriyasının direktoru Şmuel Elbaz festivalı “simvolik və strateji addım” kimi dəyərləndirib:

“Bu tədbir təkcə musiqi deyil, daha dərin bir mövqenin ifadəsidir.”- o deyib.

Xatırladaq ki, İsrailin son iki ildə Qəzzaya həyata keçirdiyi hava və quru əməliyyatları nəticəsində şəhərin böyük hissəsi dağıdılıb və on minlərlə insan həyatını itirib. BMT və beynəlxalq humanitar təşkilatlar bölgədə kritik vəziyyətin davam etdiyini bildirirlər.

Məqalədə: #Almaniya #BMT #ABŞ #Fransa #Qəzzada humanitar böhran #İsrail və Qəzza münaqişəsi #İsrail Qəzza işğalı #İsrail Qəzza bombardmanı #İsrail Qəzza münaqişəsi #Muzi Beynəlxalq Musiqi Festivalı #Music Impact platforması #Qal Alteroviç #Netivot

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

13:44

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.