4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Tramp HƏMAS-a yeni ultimatum verərək silahsızlanma tələbini sərtləşdirildi

ABŞ prezidenti Donald Tramp Qəzza üzrə atəşkəs razılaşmasının ikinci mərhələsinin başlanması fonunda HƏMAS-a qarşı yeni və sərt tələblər irəli sürüb. Donald Tramp sosial şəbəkə paylaşımında HƏMAS-ın dərhal silahsızlanmalı olduğunu bəyan edib və qrupla bağlı hədələyici ifadələr işlədib. ABŞ prezidenti HƏMAS-dan son israilli girovun cəsədinin təxirəsalınmadan İsrailə qaytarılmasını tələb edib və silahsızlanmanın “ya asan, ya da çətin yolla” həyata keçiriləcəyini bildirib.

16 Yanvar 2026 22:39
Tramp HƏMAS-a yeni ultimatum verərək silahsızlanma tələbini sərtləşdirildi

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ prezidenti Donald Tramp Qəzza üzrə atəşkəs razılaşmasının ikinci mərhələsinin başlanması fonunda HƏMAS-a qarşı yeni və sərt tələblər irəli sürüb.

AzerVoice xəbər verir ki, Donald Tramp sosial şəbəkə paylaşımında HƏMAS-ın dərhal silahsızlanmalı olduğunu bəyan edib və qrupla bağlı hədələyici ifadələr işlədib. ABŞ prezidenti HƏMAS-dan son israilli girovun cəsədinin təxirəsalınmadan İsrailə qaytarılmasını tələb edib və silahsızlanmanın “ya asan, ya da çətin yolla” həyata keçiriləcəyini bildirib.

Trampın sözlərinə görə, ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasının ikinci mərhələsində HƏMAS-ın tam demilitarizasiyası əsas prioritetlərdən biridir. Vaşinqton daha əvvəl də HƏMAS-ın razılaşmanın birinci mərhələsi üzrə öhdəliklərini yerinə yetirməsini, o cümlədən son israilli girovun – Ran Qvilinin cəsədinin təhvil verilməsini gözlədiyini açıqlamışdı.

ABŞ tərəfi ikinci mərhələdə HƏMAS-ın silahlarının müsadirəsi və tunel şəbəkəsinin ləğvini, həmçinin beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini planlaşdırır. Donald Tramp bildirib ki, bu proses Misir, Türkiyə və Qətərin dəstəyi ilə həyata keçiriləcək. Lakin bu planın praktiki olaraq necə icra ediləcəyi hələlik qeyri-müəyyən olaraq qalır.

Bununla yanaşı, İsrailin razılaşma çərçivəsində üzərinə düşən öhdəlikləri - qoşunlarını Qəzzadan çıxarması və humanitar yardımın həcmini artırması - hələ də tam icra edilməyib. İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzanın müxtəlif bölgələrində hücumları davam etdirir və ərazinin 50 faizdən çoxunun nəzarətdə saxlandığı “Sarı xətt” adlanan bölgədən geri çəkilməkdən imtina edir.

Atəşkəsin ikinci mərhələsinə əsasən, Qəzzanın idarə olunması Trampın sədrliyi altında fəaliyyət göstərəcək “Sülh Şurasının” nəzarəti ilə 15 nəfərlik Fələstin texnokrat komitəsinə həvalə edilməlidir. ABŞ prezidenti Qəzzada yeni təyin olunmuş texnokrat Fələstin hökumətinə dəstəyini bir daha təsdiqləyib.

Humanitar vəziyyət isə ağır olaraq qalır. İsrailin nəzarətində olan sərhədlər səbəbindən Qəzzada ərzaq, təmiz su, dərman və yanacaq çatışmazlığı davam edir. Beynəlxalq humanitar təşkilatlar ABŞ prezidentinin “rekord həcmdə yardım” iddialarını təkzib edərək, razılaşmada nəzərdə tutulan yardımın Qəzzaya buraxılmadığını bildiriblər.

Birləşmiş Millətlər Təşkilatının rəsmiləri qeyd edir ki, daxil olan yardım humanitar fəlakətin və aclıq təhlükəsinin qarşısını almaq üçün kifayət deyil. Beynəlxalq Ədalət Məhkəməsinin rəyinə əsasən isə İsrail Qəzza əhalisinin əsas ehtiyaclarının təmin olunmasına məsuliyyət daşıyır.

Məqalədə: #Tramp Həmasa silahsızlanma ilə bağlı yeni ultimatum verdi #ABŞ Həmasın demilitarizasiyasını tələb edir #Qəzza üzrə atəşkəsin ikinci mərhələsində gərginlik artır #Tramp: Həmas silahları ya təhvil verəcək #ya da nəticələri olacaq #ABŞ Həmasın tunel şəbəkəsinin dağıdılmasını istəyir #Qəzzada atəşkəs fonunda humanitar böhran davam edir #Trump’tan Hamas’a yeni silahsızlanma çağrısı #ABD Hamas’ın demilitarizasyonunu istiyor #Gazze ateşkesinin ikinci aşamasında gerilim #Trump: Hamas ya silah bırakır ya bedel öder #Hamas’ın tünel ağları gündemde #Gazze’de insani kriz sürüyor

Mövzu üzrə digər xəbərlər

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

18:51
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
Fələstin

İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb

18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

17:46

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.