4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Misirdən Livan böhranı üçün kritik addım - Qahirə Hizbullaha sülh planı təqdim edib

Misir hökuməti İsrailin Livana qarşı davam edən hərbi təcavüzünü dayandırmaq və regional müharibə riskini azaltmaq məqsədilə genişmiqyaslı diplomatik və təhlükəsizlik təşəbbüsü başladıb. Bu çərçivədə Misir Xarici İşlər naziri Bədr Əbdülatinin Beyruta rəsmi səfəri ilə yanaşı, Misir təhlükəsizlik nümayəndə heyətinin "Hizbullah" rəsmiləri ilə keçirdiyi gizli görüşün detalları məlum olub.

26 Mart 2026 22:27
Misirdən Livan böhranı üçün kritik addım - Qahirə Hizbullaha sülh planı təqdim edib

BAKI, VOA, Orxan Qədirzadə

Misir hökuməti İsrailin Livana qarşı davam edən hərbi təcavüzünü dayandırmaq və regional müharibə riskini azaltmaq məqsədilə genişmiqyaslı diplomatik və təhlükəsizlik təşəbbüsü başladıb. Bu çərçivədə Misir Xarici İşlər naziri Bədr Əbdülatinin Beyruta rəsmi səfəri ilə yanaşı, Misir təhlükəsizlik nümayəndə heyətinin "Hizbullah" rəsmiləri ilə keçirdiyi gizli görüşün detalları məlum olub.

VOA xəbər verir ki, Misir tərəfi "Hizbullah"a atəşkəs əldə olunması və Livanın suverenliyinin tam bərpası üçün konkret bəndlərdən ibarət təkliflər paketi təqdim edib.

Misir parlamentinin üzvü Mustafa Bəkri tərəfindən verilən məlumata görə, Beyrutda təxminən dörd saat davam edən görüşdə Misir təhlükəsizlik rəsmiləri "Hizbullah" nümayəndələrinə gərginliyi azaltmaq üçün xüsusi təşəbbüs irəli sürüblər. Bu təklif dərhal atəşkəsin elan olunmasını, Livan hökumətinin ölkə ərazisində tam nəzarətini təmin etməsini və müqavimət qüvvələrinin silahlarının gələcək statusunun danışıqlar masasına gətirilməsini nəzərdə tutur. Bildirilir ki, "Hizbullah" rəhbərliyi bu təkliflərə cavabı Livan Parlamentinin sədri Nəbih Berri vasitəsilə çatdıracağını vəd edib.

Misir Xarici İşlər nazirinin keçmiş müavini Hüseyn Həridi qeyd edib ki, rəsmi Qahirənin əsas məqsədi İsrailin Livanın cənubunu yenidən işğal etmək üçün istifadə etdiyi bəhanələri əlindən almaqdır. Misir tərəfi Livan daxilində hökumət, ordu və "Hizbullah" arasında elə bir razılaşmanın əldə olunmasına çalışır ki, bu formatda silahdan istifadə qərarı yalnız dövlətin səlahiyyətində olsun. Bu yanaşma İsrailin hərbi hərəkətliliyini dayandırmaq və Livan ordusunun bütün ölkə sərhədləri boyunca yerləşdirilməsini təmin etmək üçün mühüm başlanğıc nöqtəsi hesab olunur.

Misir Xarici İşlər Nazirliyi vurğulayıb ki, nazir Əbdülatinin son iki ildə Beyruta etdiyi beşinci səfər Misirin Livanın təhlükəsizliyinə verdiyi böyük önəmin göstəricisidir.

Məqalədə: #Misirdən Hizbullaha ultimatum kimi təklif: Silahların taleyi müzakirəyə çıxarılır. #Qahirə və Beyrut arasında Təhlükəsizlik Körpüsü: İsrailin işğal planına qarşı Misir həmləsi. #Nəbih Berri masadadır: Hizbullah Misirin sülh planına cavab verməyə hazırlaşır. #Misir XİN: Livanın suverenliyi bizim üçün qırmızı xətdir #hərbi təcavüz dayandırılmalıdır. #Siyasətdən kəşfiyyata: Misir heyətinin Beyrutdakı dörd saatlıq gizli görüşünün detalları.

Mövzu üzrə digər xəbərlər

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

18:51
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
Fələstin

İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb

18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

17:46

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.