4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Şimali Afrika
Şimali Afrika

HƏMAS Netanyahunu Qəzza ilə bağlı razılaşmanın əldə olunmasına mane olmaqda ittiham edib

HƏMAS İsrailin Baş naziri Benyamin Netanyahunu əsir mübadiləsi və atəşkəs razılaşmasının əldə olunmasına mane olmaqda ittiham edib. HƏMAS Netanyahunun Qəzza şəhərinin işğalı planına razılıq verməsini razılaşmanı pozmaq istəyi kimi qiymətləndirib.

24 Avqust 2025 20:11
HƏMAS Netanyahunu Qəzza ilə bağlı razılaşmanın əldə olunmasına mane olmaqda ittiham edib

BAKI, AzerVoice, Səməd Əyyubov

HƏMAS İsrailin Baş naziri Benyamin Netanyahunu əsir mübadiləsi və atəşkəs razılaşmasının əldə olunmasına mane olmaqda ittiham edib.

AzerVoice-un məlumatına görə, HƏMAS Netanyahunun Qəzza şəhərinin işğalı planına razılıq verməsini razılaşmanı pozmaq istəyi kimi qiymətləndirib.

HƏMAS açıqlamasında qismən razılaşmanı qəbul etdiyini, həmçinin ümumi razılaşmaya da hazır olduğunu bildirib, lakin Netanyahunun bütün təklifləri rədd etdiyini vurğulayıb. HƏMAS, ABŞ Dövlət Departamentinin sabiq sözçüsü Metyu Millerin etiraflarının da Netanyahunun danışıqları pozmaq üçün yalan taktikasından istifadə etdiyini təsdiqlədiyini qeyd edib.

HƏMAS bəyan edib ki, əsirlərin azad olunmasının yeganə yolu atəşkəsdir və onların taleyinə görə bütün məsuliyyət Netanyahunun üzərindədir. HƏMAS Qəzzadakı münaqişənin Təl-Əvivin “mütləq qələbə” adlandırdığı anlayışın əslində bir illüziya olduğunu üzə çıxardığını bildirib. O, Fələstin xalqına qarşı aparılan aclıq və soyqırım siyasətinə son qoyulması üçün rəsmi və ictimai təzyiqlərin davam etdirilməsinə çağırıb.

Qeyd edək ki, HƏMAS və digər fələstinli fraksiyalar ötən bazar ertəsi Qətər və Misirin vasitəçiliyi ilə təqdim edilən təklifi qəbul etdiklərini açıqlamışdı. İsrail isə hələ ki, bu addıma cavab verməyib. Əksinə, Tel-Əviv Qəzza şəhərinin işğalı üçün 60 min ehtiyat hərbçinin cəlb edilməsini nəzərdə tutan hərbi planı təsdiqləyib. Bu isə iki milyondan çox fələstinlinin yaşadığı bölgədə humanitar böhranı daha da dərinləşdirə bilər.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Donald Tramp və Qəzza planı #Qəzza sakinlərinin köçü #BMT-nin Qəzza hesabatı

Mövzu üzrə digər xəbərlər

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

18:51
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
Fələstin

İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb

18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

17:46

Son Xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi
19:56
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.