5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncənin Şah Abbas və Hüseyniyyə məscidlərinin mövcud vəziyyəti ilə tanış olub

6 Mart 2025 20:44
Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncənin Şah Abbas və Hüseyniyyə məscidlərinin mövcud vəziyyəti ilə tanış olub

Bakı, AzerVoice

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə şəhərindəki Şah Abbas və Hüseyniyyə məscidlərində olublar.

AzerVoice xəbər verir ki, məscidin imamı İsgəndər Məmmədov Birinci vitse-prezidentə Şah Abbas məscidi barədə məlumat verdi.

Qeyd olundu ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib. Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşir. Məscid XVII əsrə aid Arran memarlıq üslubunda ərsəyə gətirilib.

Bu tarixi məscid memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini yaşadır. Binanın memarlığında, xüsusilə günbəz və portalların həllində zəngin memarlıq ənənələrindən uğurla istifadə olunub. Bununla yanaşı, Arran memarlıq məktəbi üçün xarakterik olan lakoniklik və ifadəlilik də bu tarixi-dini abidədə əks etdirilib.

Bildirildi ki, 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məsciddə bərpa və təmir işləri aparılıb. Məscidin mövcud vəziyyətinə baxış zamanı bu tarixi-dini abidənin qorunub saxlanılması istiqamətində növbəti tapşırıqlar verildi.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, qızları Leyla Əliyeva və Arzu Əliyevaya “Qurani-Kərim” hədiyyə olundu.

Hüseyniyyə məscidinin mövcud vəziyyəti ilə tanışlıq zamanı isə bildirildi ki, XIX əsrdə inşa edilən bu dini ocaq, eyni zamanda, Tatlar məscidi kimi tanınır. İbadətgah mədrəsə, sonralar isə məscid kimi fəaliyyət göstərib. Hazırda bu tarixi-dini abidədə təmir-bərpa işlərinin aparılmasına zərurət yaranıb.

Məscidə baxış zamanı burada müvafiq işlərin görülməsinə dair tapşırıqlar verildi.

Qeyd edək ki, bütün dinlərin və etnik qrupların nümayəndələrinin bir ailə kimi mehriban, dinc şəraitdə yaşadıqları ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur.

Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncənin Şah Abbas və Hüseyniyyə məscidlərinin mövcud vəziyyəti ilə tanış olub Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncənin Şah Abbas və Hüseyniyyə məscidlərinin mövcud vəziyyəti ilə tanış olub Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncənin Şah Abbas və Hüseyniyyə məscidlərinin mövcud vəziyyəti ilə tanış olub Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncənin Şah Abbas və Hüseyniyyə məscidlərinin mövcud vəziyyəti ilə tanış olub Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncənin Şah Abbas və Hüseyniyyə məscidlərinin mövcud vəziyyəti ilə tanış olub Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncənin Şah Abbas və Hüseyniyyə məscidlərinin mövcud vəziyyəti ilə tanış olub
Məqalədə: #Mehriban Əliyeva

Mövzu üzrə digər xəbərlər

Birinci xanım Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Rəsmi Xronika

Birinci xanım Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

1 Sentyabr 14:05
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
Rəsmi Xronika

Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

28 Avqust 12:20
Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb

26 Avqust 20:02
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib
Cəmiyyət

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

26 Avqust 19:31

Son Xəbərlər

Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.