4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

YAP – Yeni reallıqların formalaşmasında həlledici siyasi aktor

1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis edilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə oldu.

21 Noyabr 2025 16:21
YAP – Yeni reallıqların formalaşmasında həlledici siyasi aktor

BAKI,AzerVoice

1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis edilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə oldu.

Bunu AzerVoice-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, 1990-cı illərin əvvəlləri Azərbaycan üçün mürəkkəb və təhlükəli bir dövr idi. Dövlət institusiyaları zəifləyir, iqtisadi və hərbi böhran dərinləşir, ölkənin müstəqillik perspektivləri real risk altına düşürdü:

"Belə bir şəraitdə ölkənin məsuliyyətli ziyalıları, tanınmış ictimai-siyasi xadimləri mövcud siyasi proseslərin gedişindən narahat olaraq ölkəni xaosdan çıxara biləcək yeni, intellektual və milli dövlətçilik prinsiplərinə əsaslanan bir siyasi qüvvənin yaradılmasını zəruri hesab etdilər. Bu təşəbbüs Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtəsi oldu və Yeni Azərbaycan Partiyasının yaranması üçün ideoloji-siyasi zəmin formalaşdırdı.1992-ci ilin oktyabrında 91 nəfər tanınmış ziyalının Heydər Əliyevə ünvanladığı müraciət yalnız bir qrupun çağırışı deyildi, xalqın geniş təbəqələrinin ümumi istəyinin ifadəsi idi. Onlar Ulu Öndərdən yeni yaranacaq partiyaya rəhbərlik etməyi xahiş edərək dövlətçiliyin xilası üçün məsuliyyətli addım atdılar. Bu müraciət Azərbaycanın siyasi həyatında milli iradənin institusional formaya çevrilməsinin əsas mərhələlərindən biri oldu və dağıdıcı proseslərin qarşısını almaq üçün güclü liderliyin vacibliyini bir daha təsdiqlədi".

Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyev “91-lər”in müraciətinə cavabında YAP-ın yaranmasını obyektiv tarixi zərurət kimi qiymətləndirdi.

"Bu, təsadüfi bir siyasi qərar deyil, dövrün tələbi idi. Ölkədə demokratiya, siyasi plüralizm və müstəqil dövlət quruculuğu üçün yeni siyasi institut lazım idi. YAP məhz həmin boşluğu dolduraraq milli dövlətçilik konsepsiyasının siyasi dayağına çevrildi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının rəsmi şəkildə yaradıldığı bəyan edildi. Partiyanın təsis konfransının Naxçıvanda keçirilməsi də simvolik əhəmiyyət daşıyırdı həmin vaxt Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR sabitlik adasına çevrilmişdi. 550 nəfər nümayəndənin iştirakı ilə keçirilən konfrans YAP-ın proqram və nizamnaməsini qəbul etdi, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi".

S.Mikayılova əlavə edib ki, bu qərar Azərbaycan siyasətində yeni bir mərhələnin başlanğıcı oldu:

"Milli ideologiyaya əsaslanan güclü, strateji düşüncəyə sahib bir siyasi təşkilat yarandı. Az vaxt ərzində YAP geniş ictimai dayaqlara sahib oldu və ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Bunun başlıca səbəbi Heydər Əliyevin şəxsiyyət amili, onun dövlət idarəçiliyində təcrübəsi, həmçinin partiyanın real problemlərin həlli üçün konstruktiv mövqeyi idi. Ulu Öndər Heydər Əliyev YAP-ı xalq partiyasına çevirdi və onu “dünənin, bu günün və gələcəyin partiyası” kimi formalaşdırdı. Partiyanın hakimiyyətə gəlməsindən sonra ölkədə sabitlik bərpa olundu, iqtisadi islahatlara start verildi, dövlət idarəçiliyində sistemli, institusional yanaşma formalaşdı. YAP-ın son 30 ildə dövlət quruculuğundakı rolu Azərbaycanın müasir tarixinin əsas sütunlarından biridir. Partiyanın genişlənməsi və xalq tərəfindən dəstəklənməsi onun ümumxalq partiyasına çevrildiyini nümayiş etdirir".

Deputat qeyd edib ki, 2005-ci ildə III qurultayda Prezident İlham Əliyevin partiya sədri seçilməsi varislik prinsipinin siyasi institutlar səviyyəsində möhkəmləndirilməsi demək idi:

"Ulu Öndərin siyasi xətti müasir inkişaf tələblərinə uyğun şəkildə davam etdirildi və Azərbaycan regional və qlobal müstəvidə daha da gücləndi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son illərin tarixi uğurları YAP-ın siyasi strategiyasının düzgünlüyünü təsdiq edir. YAP-ın təşəbbüsü ilə ölkədə siyasi dialoq mühiti formalaşdı. Bu proses demokratik siyasi mədəniyyətin inkişafı, iqtidar-müxalifət münasibətlərinin konstruktiv modelə çevrilməsi və milli həmrəyliyin güclənməsi baxımından yeni mərhələ açdı. 2021-ci ildə qəbul edilmiş YAP-ın yeni Proqramı partiyanın müasir çağırışlara uyğun fəaliyyət konsepsiyasını müəyyənləşdirir. Proqramda 10 strateji siyasi dəyər, partiyadaxili münasibətləri xarakterizə edən prinsiplər və 11 strateji hədəf əks olunub. Bu, partiyanın ideoloji-idarəetmə modelinin intellektual və institusional şəkildə yenilənməsini göstərir".

S.Mikayılova qeyd edib ki, Azərbaycan beynəlxalq siyasətdə praqmatik, balanslı və güc amilinə əsaslanan siyasət yürüdür. YAP hakim partiya olaraq bu konsepsiyanın siyasi dayağı kimi çıxış edir.

"Seçki nəticələri YAP-a və onun liderliyinə yüksək xalq etimadını təsdiq edir. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan dövlətçiliyinin xilası və möhkəmləndirilməsi üçün tarixi zərurət idi. YAP bu illərdə siyasi sabitliyin təmin olunmasında, sosial-iqtisadi inkişafda, beynəlxalq mövqelərin gücləndirilməsində və yeni reallıqların formalaşdırılmasında mühüm rol oynayıb.Bu gün YAP təkcə siyasi təşkilat deyil, Azərbaycan dövlətçiliyinin ideoloji dayağı, milli birliyin fəal təşviqedicisi və ölkənin gələcək inkişaf strategiyasının başlıca aparıcı qüvvəsidir".

Məqalədə: #Sevil Mikayılova #YAP #Yeni Azərbaycan Partiyasının yaranması #1992-ci il YAP təsis konfransı #Heydər Əliyev siyasi liderlik #YAP siyasi proqramı və strateji hədəflər #YAP təsis olunması #Heydər Əliyev siyasi xətti #YAP dövlətçilik modeli

Mövzu üzrə digər xəbərlər

Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova
Siyasət

Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova

24 Avqust 18:27
Naxçıvanı regional nəqliyyat və enerji mərkəzinə çevirəcək yeni mərhələ başlayır - Sevil Mikayılova
Rəy

Naxçıvanı regional nəqliyyat və enerji mərkəzinə çevirəcək yeni mərhələ başlayır - Sevil Mikayılova

12 Avqust 16:49
Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır
Cəmiyyət

Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır

1 Avqust 11:00
Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova
Siyasət

Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova

22 İyul 16:06

Son Xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
20:13
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi
19:56
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.