4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hizbullahın təkzib etdiyi raket hücumunun dəmir günbəzdən atıldığı iddia edilir

29 İyul 2024 16:35
Hizbullahın təkzib etdiyi raket hücumunun dəmir günbəzdən atıldığı iddia edilir

Bakı, AzerVoice

Bir gün öncə İsrailin Durzilər yaşayan Məcdel Şəms bölgəsinə edilən raket hücumunun İsrailin Dəmir Qübbəsindən atıldığı iddia edilir.

AzerVoice xəbər verir ki, bu haqda yerli əhaliyə istinadən Türkiyə və Qətər mediası məlumat yayıb.

Məlumata görə, Məcdel Şəmsədəki stadiona raket düşdükdən çox qısa müddət öncə hava hücumu xəbərdarlıq siqnalının eşidilməsi bunun İsrail ordusunun hava hücumundan müdafiə sistemi olan Dəmir günbəzdən atıldığı ilə bağlı iddialar yaradır.

Adının çəkilməsini istəməyən bir sakin Türkiyənin Anadolu Agentliyinə bildirib ki, partlayış hücum xəbərdalıq siqnalının səsindən dərhal sonra baş verib və raketin “Dəmir günbəz” batareyalarının yerləşdiyi Cebel Şeyx bölgəsindən gəldiyi görülüb.

Eyni şəkildə Dohada yerləşən əl-Ərəbi televiziyasının müxbiri bildirib ki, yerli xalq raketin gəldiyi istiqamət və hücum xəbərdalıq siqnalının gecikməsinə görə Dəmir günbəzdən atıldığını düşünür.

Qeyd edək ki, 27 iyul axşam saatlarında İsrailin işğalı altında olan Colan Təpələrindəki Majdel Şəms qəsəbəsində bir futbol meydançasına raketin düşməsi nəticəsində aralarında uşaqların da olduğu 12 nəfərin öldüyü, 17-si ağır olmaqla 35 nəfərin yaralandığı bildirilmişdi.

İsrail ordusu "əllərində olan kəşfiyyat məlumatları və onların öz dəyərləndirmələri nəticəsində" raketin Livanın cənubundakı Şeba şəhərinin şimalından atıldığını bəyan edərək, Livan Hizbullahının məsuliyyət daşıdığını açıqlamışdır.

Livan Hizbullahı isə Məcdel Şəmsdəki hücumun onlar tərəfindən həyata keçirildiyinə dair iddiaları təkzib edərək, "hadisə ilə heç bir əlaqələrinin olmadığını" bildirib.

İsrailin baş naziri Binyamin Netanyahu da hücumla bağlı açıqlamasında "İsrail bu ölümcül hücumu bir kənara qoymayacaq. Hizbullah indiyə qədər heç vaxt ödəmədiyi ağır bədəli ödəyəcək" ifadəsini işlətmişdi.

Onu da əlavə edək ki, 1967-ci ildə İsrailin işğal etdiyi qəsəbə və şəhərlərdən biri olan Məcdel Şəmsdə əsasən suriyalı ərəb druzlardan və az sayda da israilli gəlmələrdən ibarət əhali yaşayır.

Yerli əhalinin əhəmiyyətli dərəcədə təmsil olunduğu qəsəbə və oxşar demoqrafik strukturlar 8 oktyabr 2023-cü ildən Hizbullahın əməliyyatlarının hədəfi olmayıb.

Hizbullah İsrail ordusunun Ərəb əl-Aramşe kimi şəhərlərdəki mövqelərinə tank əleyhinə idarə olunan raketlər və pilotsuz uçuş aparatları kimi yüksək dəqiqlikli silahlardan atəş açsa da, bu şəhərlərdə heç vaxt idarə olunmayan raketlərdən istifadə etməyib.

Xüsusilə Məcdəl Şəms Livan-Fələstin sərhədi yaxınlığında təxminən 300 gün davam edən gərgin döyüşlər zamanı heç vaxt Hizbullahın hücumuna məruz qalmadı.

Qeyd edək ki, 2006-cı ildə Livan müharibəsi zamanı Hizbullah tərəfindən atılan raket işğal altındakı Nazaretdə bir evə düşmüşdü. Hücum 2006-cı il iyulun 19-da baş verib və Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah müharibə hələ də davam edərkən həmin ailədən üzr istəmişdi.

Hizbullahın təkzib etdiyi raket hücumunun dəmir günbəzdən atıldığı iddia edilir
Məqalədə: #İsrail #Hizbullah #Məcdel Şəms #Dəmir günbəz

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

17:46
İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03

Son Xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.