4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Almaniya 2029-cu ilə qədər hərbi imkanlarını gücləndirəcək

25 May 2025 22:43
Almaniya 2029-cu ilə qədər hərbi imkanlarını gücləndirəcək

BAKI, AzerVoice

Almaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karsten Brover 2029-cu ilə qədər ordunun silah və digər hərbi avadanlıqlarla tam təchiz olunmasını əmr edib.

AzerVoice xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, Brover və NATO-nun digər rəsmilərinin qiymətləndirməsinə görə, Rusiya həmin vaxta qədər hərbi qüvvələrini bərpa edib Alyansın ərazisinə hücum edə biləcək vəziyyətə gələ bilər.

"Hazırlığın gücləndirilməsi üçün istiqamətverici prioritetlər" adlı sənəddə Brover qeyd edir ki, Almaniya bu hədəfə mart ayında ölkənin borc yükünün azaldılması çərçivəsində ayrılan vəsaitlə çatacaq.

Brover təlimatında NATO-nun daha əvvəl irəli sürdüyü prioritetlərə uyğun şəkildə dərhal əldə olunmalı və ya inkişaf etdirilməli olan silah sistemlərini qeyd edib.

Bu prioritetlər arasında Almaniyanın tükənmiş hava hücumundan müdafiə qabiliyyətinin xüsusilə pilotsuz uçuş aparatlarına qarşı gücləndirilməsi də var.

Sənəddə bildirilib ki, digər əsas prioritetlər sırasında yüksək dəqiqliklə uzaq məsafələrə – düşmənin cəbhə xəttindən 500 km-dən çox aralı məsafəyə zərbələr endirmək qabiliyyətinin artırılması da yer alır.

Brover, Almaniyada sursat ehtiyatlarının bərpasını və bütün sursat növlərinin ehtiyat hədəflərinin yüksəldilməsini də əmr edib.

Sənəddə göstərilən digər önəmli prioritetlərdən biri də Almaniyanın kiber müharibə sahəsində imkanlarının sürətlə genişləndirilməsi və kosmosda çevik hücum və müdafiə qabiliyyətləri sisteminin yaradılmasıdır.

Mövzu üzrə digər xəbərlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
Digər Dövlətlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib

18:45
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Digər Xəbərlər

Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

18:14
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”

17:33

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.