4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Nüvə obyektlərinə dəyən zərər barədə hələlik məlumat yoxdur - Araqçi

İranın xarici işlər naziri Seyid Abbas Araqçi bildirib ki, ötən gecə ABŞ tərəfindən İranın nüvə obyektlərinə edilən hava hücumları nəticəsində obyektlərə dəyən zərərin dəqiq həcmi barədə hələlik məlumat yoxdur.

22 İyun 2025 14:09
Nüvə obyektlərinə dəyən zərər barədə hələlik məlumat yoxdur - Araqçi

BAKI, AzerVoice

İranın xarici işlər naziri Seyid Abbas Araqçi bildirib ki, ötən gecə ABŞ tərəfindən İranın nüvə obyektlərinə edilən hava hücumları nəticəsində obyektlərə dəyən zərərin dəqiq həcmi barədə hələlik məlumat yoxdur.

AzerVoice-un məlumatına görə, İstanbulda keçirilən mətbuat konfransında çıxış edən Araqçi vurğulayıb ki, bu mərhələdə xəsarətin miqyasından daha önəmli olan məsələ, İranın dinc məqsədli nüvə infrastrukturlarına edilən hücumun beynəlxalq hüququn açıq-aşkar şəkildə pozulmasıdır:

“Bu cür təcavüzkar davranışlara göz yumulmamalıdır. Beynəlxalq ictimaiyyət məsuliyyətli davranmalı və bu cür hücumların qarşısını almaq üçün konkret addımlar atmalıdır”, – deyə o qeyd edib.

Araqçi əlavə edib ki, hadisədən dərhal sonra bir sıra region ölkələrinin xarici işlər nazirləri ilə telefon danışıqları aparılıb. Söhbətlər zamanı İrana qarşı hücumların dərhal dayandırılmasının vacibliyi vurğulanıb və bu hücumların qarşısını almaq üçün hüquqi və siyasi həll yollarının tapılması məsələsi gündəmə gətirilib.

Nazir beynəlxalq hüquq və qanuni müdafiə prinsiplərinə istinad edərək, İranın özünü müdafiə etmək hüququna malik olduğunu da xatırladıb:

“Bu hüquq İran xalqını, milli təhlükəsizliyi və dövlətin suverenliyini qorumaq üçün zəruri olduğu anda icra olunacaq.”

Qeyd edək ki, ötən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən nüvə obyektlərinə hava hücumu həyata keçirib. Qeyri-rəsmi məlumatlara əsasən, obyektlərdə ciddi dağıntılar baş verib.

Məqalədə: #İran #ABŞ #Seyid Abbas Araqçi

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”

17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14

Son Xəbərlər

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.