8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Çində yeni virus təhlükəsi: 20-yə yaxın naməlum virus aşkar edilib

Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində meyvə yarasalarında insanlara yoluxa biləcək və ciddi xəstəliklərə səbəb ola biləcək iki yeni virus aşkar edilib.

27 İyun 2025 17:53
Çində yeni virus təhlükəsi: 20-yə yaxın naməlum virus aşkar edilib

BAKI, AzerVoice

Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində meyvə yarasalarında insanlara yoluxa biləcək və ciddi xəstəliklərə səbəb ola biləcək iki yeni virus aşkar edilib.

AzerVoice xəbər verir ki, alimlər bu virusların yüksək ötürülmə potensialına malik olduğunu və gələcəkdə epidemiyalara yol aça biləcəyini istisna etmirlər.

“PLoS Pathogens” elmi jurnalında dərc olunan araşdırmaya əsasən, tədqiqatçılar yalnız virusları deyil, həm də bir sıra yeni bakteriya və parazit növlərini müəyyənləşdiriblər. Tədqiqat Yunnan Yerli Xəstəliklərin Qarşısının Alınması İnstitutu da daxil olmaqla bir neçə elmi qurumun əməkdaşlığı ilə həyata keçirilib.

Aşkar edilən virusların, daha əvvəl insanlarda ölümcül ensefalit (beyin iltihabı) və tənəffüs çatışmazlığına səbəb olan Nipah və Hendra virusları ilə genetik oxşarlığı təsbit edilib. Qeyd olunur ki, Nipah virusu 35-75 faiz arası ölüm nisbəti ilə tanınır. Hendra virusu isə indiyədək həm insanlarda, həm də atlarda bir neçə ölümcül epidemiya törədib.

Alimlər bildiriblər ki, bu viruslar meyvə yarasaları tərəfindən daşına və insanlara sidik və tüpürcək vasitəsilə, xüsusilə çirklənmiş meyvələrin istehlakı zamanı ötürülə bilər. Yunnan bölgəsi isə yarasa növlərinin zənginliyi baxımından “qaynar nöqtə” hesab olunur.

Tədqiqatçılar əvvəlki yanaşmalardan fərqli olaraq bu dəfə yarasaların nəcisi deyil, orqanları – konkret olaraq böyrəkləri üzərində araşdırma aparıblar. Onlar dörd il ərzində Yunnan əyalətinin beş bölgəsindən toplanan 10 müxtəlif yarasa növünə aid 142 nümunəni analiz ediblər. Genetik analiz nəticəsində 22 virus müəyyən edilib. Onlardan 20-si elm aləmində tamamilə yeni viruslardır.

Bu viruslardan ikisi Nipah və Hendra viruslarının daxil olduğu henipavirus ailəsinə mənsubdur və yüksək ölüm riski ilə xarakterizə olunur.

Tədqiqatçılar, bu virusların çirklənmiş meyvələr vasitəsilə insanlara və mal-qaraya keçə biləcəyini bildirərək, bu istiqamətdə “təcili nəzarət və tədbirlərin görülməsi” çağırışını ediblər. Onların sözlərinə görə, yarasaların unikal immun sistemi müxtəlif patogenləri daşımaq üçün əlverişli mühit yaradır ki, bu da virusların yayılma ehtimalını artırır

Məqalədə: #Çin #Yarasa #Virus #Meyvə Yarasası #Yarasalar Vasitəsilə Yayılan Viruslar #Nipah virusu #Hendra virusu

Mövzu üzrə digər xəbərlər

Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər

Qətər və Çin strateji əməkdaşlığı genişləndirir

7 Sentyabr 20:21
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.