4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Pakistan Prezidenti hərbi konvoya edilən hücumu pisləyib

Pakistan Prezidenti Asif Əli Zərdari ötən gin Şimali Vəziristan vilayətində təhlükəsizlik qüvvələrinin konvoyuna qarşı törədilən hücumu pisləyib.

29 İyun 2025 12:18
Pakistan Prezidenti hərbi konvoya edilən hücumu pisləyib

BAKI, AzerVoice

Pakistan Prezidenti Asif Əli Zərdari ötən gin Şimali Vəziristan vilayətində təhlükəsizlik qüvvələrinin konvoyuna qarşı törədilən hücumu pisləyib.

AzerVoice bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Hindistan fitnəkarlarının törətdiyi bu hücum zamanı partlayıcılarla dolu avtomobil hərbi konvoya çırpılıb. Onlar vətənin təhlükəsizliyi üçün canlarını fəda etdilər. Millət bu şəhidləri heç vaxt unutmayacaq” - deyə, Zərdari bildirib.

Pakistan Prezidenti onu da vurğulayıb ki, bu cür hücumlar Pakistan millətinin iradəsini sarsıda bilməz.

"Hindistan tərəfindən dəstəklənən terrorizmi tamamilə məhv etməyə qərarlıyıq" - deyə, o əlavə edib.

Xatırladaq ki, şənbə günü Pakistan-Əfqanıstan sərhədi yaxınlığında yerləşən Şimali Vəziristanın Mir Əli bölgəsində hərbi konvoya hücum edilib. Pakistan ordusunun məlumatına görə, intiharçı terrorçu tərəfindən həyata keçirilən bu hücum nəticəsində azı 13 əsgər həlak olub. Həmçinin üç mülki şəxs – iki uşaq və bir qadın ağır yaralanıb. Hücumdan dərhal sonra aparılan əməliyyat nəticəsində 14 silahlı şəxs öldürülüb.

Qeyd edək ki, Pakistan ilə Əfqanıstan sərhədində yerləşən və hüquq-mühafizə orqanlarının nəzarətinin zəif olduğu bölgələr uzun müddət radikal silahlı qruplaşmaların sığınacaq yeri sayılır. İslamabad bu qrupların Əfqanıstanda təlim düşərgələri quraraq Pakistana hücumlar hazırladığını iddia edir. Əfqanıstan isə bu ittihamları rədd edir və problemin Pakistanın daxili məsələsi olduğunu bildirir.

Ölkədə bir neçə radikal qruplaşmanı özündə birləşdirən “Təhrik-i-Taliban Pakistan” təşkilatı uzun illərdir dövlətə qarşı müharibə aparır və özünəməxsus İslam hökuməti qurmağa çalışır. Onlar əsasən Pakistan ordusunu hədəfə alır.

Məqalədə: #Pakistan #silahlı hücum #Asif Əli Zərdari

Mövzu üzrə digər xəbərlər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək
Qətər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

3 Sentyabr 15:43
İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib
İran

İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

2 Sentyabr 19:33
Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

2 Sentyabr 09:41
Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib
Qətər

Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

1 Sentyabr 18:47

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.