4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Aİ İsrailə sanksiya tətbiqini nərərdən keçirir - Fransa XİN

Avropa İttifaqı (Aİ), İsrailin Qəzzadakı fəaliyyətləri və humanitar yardımın qarşısını alması səbəbilə ona qarşı sanksiya tədbirlərini nəzərdən keçirir.

29 İyul 2025 22:48
Aİ İsrailə sanksiya tətbiqini nərərdən keçirir - Fransa XİN

BAKI, AzerVoice

Avropa İttifaqı (Aİ), İsrailin Qəzzadakı fəaliyyətləri və humanitar yardımın qarşısını alması səbəbilə ona qarşı sanksiya tədbirlərini nəzərdən keçirir.

AzerVoice xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “Al Arabiya” telekanalına açıqlama verib.

“Son aylarda Qəzzada baş verən hadisələr bizi dərindən sarsıdıb. Bu bölgədə baş verənlər rüsvayçılıq və utanc mənbəyidir. Buna dərhal son qoyulmalıdır. Avropa İttifaqı İsrailə qarşı sanksiyaların tətbiqinə səs vermək niyyətindədir” - deyə, Barro bildirib.

O qeyd edib ki, Avropa Komissiyası İsrail hökumətinə qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər təklif edib.

Barro Parisin, İsrailin Qəzzada yardımın paylanması sistemi ilə bağlı narahatlığını ifadə edib. O, həmçinin İsrail hakimiyyətini Misirin Əl-Əriş şəhərində gözləyən Fransaya məxsus humanitar yardımın Qəzza zolağına çatdırılmasını təmin etməyə çağırıb.

“Biz İsrailə deyirik ki, əgər fələstinlilər öz dövlətlərinə sahib olsalar, sizin təhlükəsizliyiniz təmin olunacaq” - deyə, o qeyd edib.

Onun fikrincə, Paris və Ər-Riyadın təşəbbüsü ilə keçirilən BMT-nin Fələstin üzrə konfransı, Fələstin dövlətinin tanınmasına yeni təkan verib. Nazirin sözlərinə görə, konfransın yekun sənədində HƏMAS-ın fəaliyyəti pislənib və HƏMAS-ın silahsızlaşdırılması ilə bağlı çağırış yer alıb.

Qeyd edək ki, Avropa Komissiyası Qəzza zolağındakı vəziyyətin pisləşməsi fonunda Aİ-İsrail Assosiasiya Sazişinin qismən dayandırılmasını nəzərdən keçirir. Məlumata görə, Brüssel İsrailin “Horizon Europe” adlı elmi-tədqiqat proqramında iştirakının dayandırılmasını təklif edəcək. Bu addım, Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallasın daha əvvəl təqdim etdiyi 10 variant arasında ən yumşaq tədbirlərdən biri sayılır.

Qeyd edək ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı daha əvvəl bildirmişdi ki, 2023-cü ilin oktyabrında münaqişənin kəskinləşməsindən sonra Qəzza zolağında ərzaq istehlakı ilə bağlı əsas göstəricilər ən pis səviyyəyə çatıb. “Ərzaq Təhlükəsizliyinin İnteqrasiya Olunmuş Faza Təsnifatı” (IPC) beynəlxalq monitorinq təşəbbüsünün məlumatına görə, Qəzza əhalisinin 39 faizi bir neçə gün ardıcıl olaraq aclıq çəkir, 500 mindən çox insan (əhalinin təxminən dörddə biri) aclığa bənzər şəraitdə yaşayır.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Fransa #Avropa İttifaqı #Avropa İttifaqı (Aİ) #sanksiya #Fransa Xarici İşlər Nazirliyi #sanksiyalar #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Fransa Xarici İşlər Naziri Jean-Noel Barrot #Jan-Noel Barro

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01

Son Xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.