5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ərəb və İslam ölkələri Qüdsdə ibadət məhdudiyyətlərini pislədi

Səudiyyə Ərəbistanı və bir sıra ərəb və İslam ölkələri Qüdsdə ibadət azadlığına qoyulan məhdudiyyətləri kəskin şəkildə pisləyib. Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Pakistan, İndoneziya, Türkiyə, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri İsrailin müsəlman və xristianların ibadət hüquqlarını məhdudlaşdırmasını qəti şəkildə rədd etdiklərini bəyan ediblər.

31 Mart 2026 21:03
Ərəb və İslam ölkələri Qüdsdə ibadət məhdudiyyətlərini pislədi

BAKI, VOA, Orxan Qədirzadə

Səudiyyə Ərəbistanı və bir sıra ərəb və İslam ölkələri Qüdsdə ibadət azadlığına qoyulan məhdudiyyətləri kəskin şəkildə pisləyib.

VOA xəbər verir ki, Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Pakistan, İndoneziya, Türkiyə, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri İsrailin müsəlman və xristianların ibadət hüquqlarını məhdudlaşdırmasını qəti şəkildə rədd etdiklərini bəyan ediblər.

Bildirilib ki, tətbiq edilən məhdudiyyətlər çərçivəsində müsəlman zəvvarların Əl-Əqsa məscidinə girişinə maneələr yaradılıb, eyni zamanda xristian dini rəhbərlərin Müqəddəs Qəbir kilsəsində dini ayinlər keçirməsinə icazə verilməyib.

Qeyd olunur ki, bu addımlar beynəlxalq ictimaiyyətin kəskin reaksiyasına səbəb olub və nəticədə İsrailin baş naziri Benyamin Netanyahu məhdudiyyətlərin bir hissəsinin aradan qaldırılması barədə göstəriş verib.

Məlumata görə, Qüdsdə yerləşən dini qurumlar bildiriblər ki, əsrlər ərzində ilk dəfə olaraq bəzi dini liderlər Pasxa ərəfəsində keçirilən ibadət mərasimlərini icra edə bilməyiblər.

Vatikan nümayəndələri də baş verən hadisə ilə bağlı narahatlıqlarını ifadə edərək məsələ ilə bağlı diplomatik təmasların aparıldığını açıqlayıblar.

İsrail polisi isə bildirib ki, İranla bağlı münaqişə fonunda təhlükəsizlik səbəbilə Qüdsün köhnə şəhərində yerləşən bir sıra dini məkanlar müvəqqəti olaraq ibadətə bağlanıb.

Məqalədə: #Ərəb və İslam ölkələri Qüdsdə məhdudiyyətləri pislədi #İbadət azadlığı ilə bağlı beynəlxalq etiraz #Qüdsdə dini məkanlara giriş məhdudlaşdırıldı #Netanyahu qərarı dəyişdirdi – məhdudiyyətlər yumşaldıldı #Vatikan Qüds hadisəsinə reaksiya verdi #Regionda dini gərginlik artır

Mövzu üzrə digər xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Digər Dövlətlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub

18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Digər Dövlətlər

Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?

18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
Digər Dövlətlər

ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb

18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran

İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ

18:20

Son Xəbərlər

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.