4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Xorvatiya Prezidenti Milanoviç İsrailin xarici işlər nazirilə görüşməkdən imtina etdi

Xorvatiya Prezidenti Zoran Milanoviç, paytaxt Zaqrebdə rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Gideon Saar ilə Qəzzada davam edən soyqırımı səbəbindən görüşməkdən imtina edib.

9 Sentyabr 2025 17:41
Xorvatiya Prezidenti Milanoviç İsrailin xarici işlər nazirilə görüşməkdən imtina etdi

BAKI, AzerVoice, Nailə Babazadə

Xorvatiya Prezidenti Zoran Milanoviç, paytaxt Zaqrebdə rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Gideon Saar ilə Qəzzada davam edən müharibə səbəbindən görüşməkdən imtina edib.

AzerVoice xəbər verir ki, Milanoviç bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"İsrailli bir nazirin Xorvatiyaya niyə dəvət edildiyini və niyə Baş nazir Andrej Plenkoviç, Xarici İşlər Naziri Qordan Grliç Radman və Parlament Sədri Qordan Yandrokoviçin onunla görüşdüyünü başa düşmürəm." - deyə Milanoviç qeyd edib.

Milanoviç, İsrailin Qəzzə zolağında dinc əhaliyə qarşı törətdiyi zorakılıqlar və etnik təmizləmə siyasəti fonunda belə bir səfərin qəbuledilməz olduğunu vurğulayıb.

"Əgər mən bu hökumətdən biri ilə görüşsəydim, bu, İsrailin həyata keçirdiyi zorakılıqları, etnik təmizləməni və müharibə cinayətlərini qəbul etmək olardı", – deyə o bildirib.

Milanoviç, Xorvatiya hökumətinin Fələstin dövlətini tanımaq əvəzinə, İsrailin müharibə və zorakılıq siyasətinə dəstək verməsini tənqid edib.

"Qəzzayə edilən hücumları Xorvatiyada 1990-cı illərdə baş vermiş müharibə ilə müqayisə etmək ciddi yanlışlıqdır. O zaman Xorvatiya özünü müdafiə edirdi. İsrail isə bu gün Qəzzayə vəhşicəsinə hücum edir, on minlərlə insanı qətlə yetirir." - deyə Milanoviç vurğulayıb.

Qeyd edək ki, İsrailin xarici işlər naziri Gideon Saar, Baş nazir Plenkoviçlə görüşü öncəsi Zaqreb şəhərində kütləvi etiraz aksiyası ilə qarşılanıb.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Xorvatiya #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Qəzza və Livanda AI texnologiyaları #BMT-nin Qəzza hesabatı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Zoran Milanoviç

Mövzu üzrə digər xəbərlər

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

18:51
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

17:46
İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb
Fələstin

İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

3 Sentyabr 20:59
İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu
Yaxın Şərq

İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

2 Sentyabr 19:15

Son Xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi
19:56
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.