5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Aİ-də 2024-cü ildə terror hücumlarının sayı yarıbayarı azaldı, amma gənclərin radikallaşması artır

Avropa İttifaqında 2024-cü ildə 58 terror hücumu qeydə alınıb. Bu, 2023-cü illə (120 hadisə) müqayisədə kəskin azalma deməkdir. Lakin Europol-un son hesabatına görə, narahatedici məqam ondan ibarətdir ki, getdikcə daha çox yeniyetmə və gənc terror və ekstremist fəaliyyətlərə cəlb olunur.

5 Oktyabr 2025 17:00
Aİ-də 2024-cü ildə terror hücumlarının sayı yarıbayarı azaldı, amma gənclərin radikallaşması artır

BAKI,AzerVoice, Fərid Mikayılov

Avropa İttifaqında 2024-cü ildə 58 terror hücumu qeydə alınıb. Bu, 2023-cü illə (120 hadisə) müqayisədə kəskin azalma deməkdir. Lakin Europol-un son hesabatına görə, narahatedici məqam ondan ibarətdir ki, getdikcə daha çox yeniyetmə və gənc terror və ekstremist fəaliyyətlərə cəlb olunur.

Ən çox hücum İtaliya (20) və Fransa (14)-da qeydə alınıb. Almaniyada altı, Avstriya və Yunanıstanda isə hərəsində üç hücum baş verib. Hücumların yarısına yaxını cihadçı terrorizm ilə əlaqələndirilib ki, bu da əvvəlki illə müqayisədə ciddi artımdır.

Əksər hücumlar mülki şəxslərə qarşı yönəlib, ikinci hədəf isə sənaye sektoru olub. Hadisələrin böyük hissəsi şəhərlərdə (45), 13-ü isə kənd yerlərində baş verib.

2024-cü ildə 20 Aİ üzv ölkəsində terrorla bağlı 449 nəfər həbs olunub. Bu, 2023-cü ildəki 426 və 2022-ci ildəki 380 nəfərlə müqayisədə artımdır. Ən çox həbs İspaniya, Fransa, İtaliya və Almaniyada qeydə alınıb. Onların əksəriyyəti kişilər (405 nəfər), 43-ü isə qadın olub.

Europol-un məlumatına görə, bu gənclərin əksəriyyəti cihadçı terrorizm ilə, digərləri isə sağçı ekstremizmlə bağlı olub. 133 gənc şübhəlidən yalnız 12-si qız olub.

Hesabatda vurğulanır ki, radikallaşmanın əsas kanalı onlayn mühitdir. Onlar çox vaxt mərkəzləşdirilmiş qruplarla əlaqəsi olmayan, təkbaşına və ya kiçik qruplar şəklində hərəkət edirlər. Psixoloji həssaslıqlar, sosial təcrid və rəqəmsal asılılıq gənclərin radikallaşmasında həlledici amillər kimi göstərilir

Məqalədə: #Avropa İttifaqı (Aİ) #Europol hesabatı #terror hücumları 2024 #İtaliya terror hadisələri #Fransa terror hücumları #Almaniya və Avstriya hücumları #cihadçı terrorizm #sağçı ekstremizm #yeniyetmələrin radikallaşması #gənclərin terrora cəlbi #onlayn radikallaşma #psixoloji həssaslıq və sosial təcrid

Mövzu üzrə digər xəbərlər

İran Aİ-yə Ukraynadan şikayət edib
İran

İran Aİ-yə Ukraynadan şikayət edib

29 İyul 16:56
Ərdoğan Avropa liderlərinə odlu silah hədiyyə etdi
Türkiyə

Ərdoğan Avropa liderlərinə odlu silah hədiyyə etdi

9 İyul 11:29
Ərdoğan Kaya Kallası qəbul edib
Türkiyə

Ərdoğan Kaya Kallası qəbul edib

30 İyun 16:52
QatarEnergy Aİ-yə tədarükü dayandıra bilər
Digər Xəbərlər

QatarEnergy Aİ-yə tədarükü dayandıra bilər

25 İyun 14:05

Son Xəbərlər

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.