5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycanda bu gün keçirilən seçkilər tarixi seçkilərdir - Kubanıçbek Omurəliyev

7 Fevral 2024 14:38
Azərbaycanda bu gün keçirilən seçkilər tarixi seçkilərdir - Kubanıçbek Omurəliyev

Bakı. AzerVoice:

Bu gün Azərbaycanda keçirilən Prezident seçkiləri tarixi seçkilərdir.

AzerVoice-in məlumatına görə, bu barədə jurnalistlərə Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omurəliyev bildirib.

"Missiyamız iki qrupa bölünür. İndi bir qrup Qarabağda, yəni konkret olaraq Şuşada, Xankəndidə monitorinqlər aparır. İkinci qrup isə burada, Bakıdadır. Dünən bu monitorinq çərçivəsində biz xarici işlər naziri, Mərkəzi Seçki Komissiyasının rəhbəri ilə görüşdük və proses, namizədlər, qanunvericilik bazası, seçki prosesi ilə bağlı bütün lazımi məlumatları aldıq. Missiyalarımız rezidentliyə namizədlərlə, o cümlədən seçkilərdə iştirak etmiş partiya nümayəndələri ilə də görüşüb.

Mən Azərbaycanda bu seçki prosesini hətta tarixi proses adlandırardım. Qardaş Azərbaycan xalqı ilk dəfə bütün ölkə ərazisində səs verir”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

Azərbaycanda bu gün keçirilən seçkilər tarixi seçkilərdir - Kubanıçbek Omurəliyev
Məqalədə: #Azərbaycanda Prezident seçkiləri 2024

Mövzu üzrə digər xəbərlər

Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək
Siyasət

Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək

12 Fevral 2024 11:17
Rumen Radev Prezident İlham Əliyevi təbrik edib
Rəsmi Xronika

Rumen Radev Prezident İlham Əliyevi təbrik edib

9 Fevral 2024 13:18
ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Rəsmi Xronika

ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

9 Fevral 2024 12:37
İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Rəsmi Xronika

İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib

9 Fevral 2024 12:34

Son Xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
18:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.