9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Rəsmi Bakı Litvanın XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlərə CAVAB verib

3 Oktyabr 2024 17:00
Rəsmi Bakı Litvanın XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlərə CAVAB verib

Bakı, AzerVoice

Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqisin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2 oktyabr tarixli iclası zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlər tamamilə əsassız və qəbuledilməzdir.

 AzerVoice xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqisin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə dair şərhində deyilir.

"Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın dalana dirəndiyini qeyd edən, Avropa Şurası Parlament Assambleyası ilə dialoqa, açıq məsələləri həll etməyə çağıran Litva xarici işlər nazirinə xatırlatmaq istərdik ki, dialoqu dayandıran və bundan imtina edən Azərbaycan deyil, məhz AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər parlament üzvləri olub. Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində baş vermiş məlum addımdan sonra da Azərbaycan tərəfi müxtəlif kanallarla dialoqa açıqlığını, vəziyyətin həllində səmimi şəkildə maraqlı olduğunu nümayiş etdirib. Görünən odur ki, Avropa Şurası Nazirlər Komitəsində sədr olan Litva tərəfi Azərbaycanın AŞPA-da hüquqlarının əlindən alınmasından qətiyyən narahat deyil.

AŞPA daxilində Azərbaycana qarşı son illər, xüsusilə də ərazilərimizin Ermənistan işğalından azad edilməsindən sonra qərəzli yanaşmalar, ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salınmağa yönəlmiş cəhddir. AŞPA-da təmsilçilik Azərbaycanın haqqıdır və bu haqqın qeyd-şərt olmadan təmin edilməsi zəruridir.

Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri barədə məsələyə səs verdiklərinə görə Avropa Şurası Parlament Assambleyası deputatlarının Azərbaycana girişinə qoyulan qadağa ilə bağlı fikirlərə gəldikdə qeyd edək ki, bu qərar Azərbaycan Respublikasının qanunvericiliyi əsasında suveren hüququmuz çərçivəsində atılıb və bu tədbir bir çox ölkələrin, o cümlədən Avropa Şurası üzv dövlətlərinin mövcud təcrübəsinə uyğundur. Azərbaycan nümayəndələrini AŞPA-da görmək istəməyən parlament üzvlərini Azərbaycanda görmək kimi bir niyyətimiz və öhdəliyimiz yoxdur.

Nazir Landsberqisin AŞPA-nın tribunasından istifadə edərək Azərbaycanda insan hüquqları ilə bağlı səsləndirdiyi əsassız fikirləri də qətiyyətlə qınayırıq. Azərbaycanda milli qanunvericiliyə və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq bütün əsas hüquq və azadlıqlara tam hörmət edilir. Əsaslı sübutlar əsasında başlanmış və qanunvericiliyin tələblərinə uyğun olaraq aparılan təhqiqatları “ifadə azadlığını məhdudlaşdıran sanksiyalar” kimi qələmə vermək tamamilə yanlışdır.

Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə Ermənistana köçmüş ermənilərin hüquqlarının Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində qorunduğuna, onların geri qayıdış hüquqlarına hörmət edilməsinin vacib olduğuna istinad edən Litva naziri nədənsə Ermənistan ərazisindən qovulmuş 300 mindən çox azərbaycanlının hüquqları barədə danışmır.

Bu kimi qərəzli mövqedən çıxış etmək əvəzinə, Litva nazirinin öz fəaliyyətinə diqqət yetirməsi, həmçinin Azərbaycanla dialoq və əməkdaşlığın bərpası üçün zəruri addımlar atmağa AŞPA-ya çağırış etməsi daha yaxşı olardı", - deyə A.Hacızadə bildirib.

Məqalədə: #Xarici İşlər Nazirliyi #Litva

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.