4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

2026-cı il dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim edilib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisin müzakirəsinə təqdim edib

17 Oktyabr 2025 18:50
2026-cı il dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim edilib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisin müzakirəsinə təqdim edib

Bu barədə AzerVoice-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə rəy verilməsi üçün Hesablama Palatasına göndərilib və palatanın rəyi alındıqdan sonra Milli Məclisdə müzakirələri keçiriləcəkdir.

2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat məbləğində proqnozlaşdırılır. Növbəti il üçün dövlət büdcəsinin gəlir strukturunda qeyri-neft sektorunun payı əhəmiyyətli dərəcədə artır. Bu büdcənin neft amilindən asılılığının daha da azalmasına gətirib çıxaracaq. Belə ki, gəlirlərin 57,4 faizi, vergilərin isə 78,7 faizi qeyri-neft mənbələri hesabına formalaşacaq.

Növbəti il üçün büdcənin xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində müəyyən olunub. Növbəti il üçün dövlət büdcəsinin xərcləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilən prioritetləri, o cümlədən müdafiə qabiliyyətinin, əhalinin sosial müdafiəsinin təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, investisiya layihələrinin həyata keçirilməsi, habelə dövlətin funksiya və vəzifələrinə aid olan zəruri xərclərlə bağlı müvafiq maliyyə təminatını formalaşdırır.

Büdcə layihəsində qeyri-neft gəlirlərinin cari xərcləri ödəmə qabiliyyəti 88.1 faiz səviyyəsindədir. Bu cari illə müqayisədə 7.1 faiz bəndi çoxdur.

Dövlət büdcəsinin kəsiri isə 3 milyard 94,6 milyon manat proqnozlaşdırılır ki, bu ÜDM-in cəmi 2,3 faizi həcmindədir.

2026-cı ildə Dövlət Neft Fondundan transfertlərin həcmi cari ilə nəzərən 1 milyard 646 milyon manat az proqnozlaşdırılmışdır. Bu büdcənin neft gəlirlərindən aslılığının azaldılması və valyuta ehtiyatların qorunması istiqamətində görülən tədbirlərin bariz göstəricisidir.

Növbəti il üçün icmal büdcənin gəlirləri 1 milyard 18,8 milyon manat artaraq 44 milyard 969,4 milyon manat, xərcləri isə 1 milyard 209,9 milyon manat artaraq 48 milyard 839,3 milyon manat, kəsiri isə 3 milyard 870 milyon manat məbləğində müəyyən olunub.

2026-cı ildə icmal büdcədə qeyri-neft gəlirlərinin payı 63 faiz proqnozlaşdırılır. Bu, son illər ərzində qeyri-neft sektorunun büdcə gəlirlərindəki rolunun davamlı şəkildə artdığını göstərir. Müqayisə üçün, 2023-cü ildə bu göstərici 43.9 faiz, 2024-cü ildə 52,4 faiz, 2025-ci ildə isə 58.4 faiz təşkil edib.

Ümumilikdə, 2026-cı ilin dövlət büdcəsi qeyri-neft gəlirlərinin sabit artımı və neftdən asılılığın azalması ilə fiskal dayanıqlılığı təmin etməyi, xərclərin isə sosial-iqtisadi prioritetlərə uyğun həyata keçirilməyi və dövlətin funksiyalarına aid zəruri xərclər üçün maliyyə təminatı yaratmağı hədəfləyir.

Qanun layihəsi ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.meclis.gov.az/news-layihe.php?id=2536&lang=az&par=0

Məqalədə: #Milli Məclis #Azərbaycanın dövlət büdcəsi

Mövzu üzrə digər xəbərlər

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Siyasət

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

2 Sentyabr 19:03
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.

31 İyul 20:23
Sahibə Qafarova Efiopiya Baş naziri ilə görüşüb
Siyasət

Sahibə Qafarova Efiopiya Baş naziri ilə görüşüb

29 İyul 18:39

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.