11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın dinlərarası anlaşmaya sadiqliyini aydın şəkildə nümayiş etdirir – Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikan səfəri ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

18 Oktyabr 2025 10:57
Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın dinlərarası anlaşmaya sadiqliyini aydın şəkildə nümayiş etdirir – Hikmət Hacıyev
BAKI, AzerVoice

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikan səfəri ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

AzerVoice xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Birinci vitse-prezident Mehriban Əliyevanın səmərəli görüşlərinin, o cümlədən Roma Papası XIV Leo ilə görüşünün Azərbaycanın dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyini nümayiş etdirdiyini bildirib.

"Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri, onun intensiv və səmərəli görüşləri, xüsusilə də Papa XIV Leo ilə görüşü, ölkəmizin katolik xristian irsinin bərpasına verdiyi dəstək və bu sahədə uzunmüddətli əməkdaşlığı, Azərbaycanın dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və dialoqa sadiqliyini aydın şəkildə nümayiş etdirir. Bu səfər həm də Azərbaycanın mədəni və humanitar diplomatiyasının parlaq nümunəsidir", - paylaşımda qeyd olunub.

O vurğulanıb ki, müsəlman əhalinin çoxluq təşkil etdiyi, eyni zamanda zəngin İslam ənənələrinə malik dünyəvi dövlət olan Azərbaycan - əsrlər boyu müsəlmanlar, xristianlar, yəhudilər və digər dinlərin nümayəndələrinin sülh şəraitində birgəyaşayışına şahidlik etmiş ölkə - bu gün də inklüzivlik, dözümlülük və multikultural harmoniyanın parlaq nümunəsi kimi çıxış edir.

"Qadınların cəmiyyətdə rolunun gücləndirilməsi və bərabər imkanların təmin olunması sahəsində qazandığı uğurlarla qürur duyan Azərbaycan, bütün Cənubi Qafqaz regionunu sülh və sabitlik məkanına çevirməklə, sülh, dialoq və əməkdaşlığa yönəlmiş müsbət qlobal gündəliyini irəlilətməkdə davam edir", - H. Hacıyev əlavə edib.

Məqalədə: #Hikmət Hacıyev

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.