9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Siqhlər əsrlər boyu bərabərlik və sosial ədalət uğrunda mübarizə aparıblar - Sidhu Dabindercit Sinqh

Siqh icmasının tarixi mübarizəsi dini azadlıq, sosial bərabərlik üzərində qurulub.

16 Yanvar 2026 12:23
Siqhlər əsrlər boyu bərabərlik və sosial ədalət uğrunda mübarizə aparıblar - Sidhu Dabindercit Sinqh

BAKI, AzerVoice, Orxan Qədirzadə

Siqh icmasının tarixi mübarizəsi dini azadlıq, sosial bərabərlik və insan ləyaqətinin müdafiəsi üzərində qurulub.

AzerVoice xəbər verir ki, Siqh Federasiyasının (Böyük Britaniya) icraçı direktoru Sidhu Dabindercit Sinqh yanvarın 16-da Bakıda “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, siqhlər əsrlər boyu bərabərlik, dini azadlıq və sosial ədalət uğrunda ardıcıl mövqe nümayiş etdiriblər.

Onun sözlərinə görə, 556 il əvvəl Siqhizmin banisi Quru Nanak Dev Ci açıq şəkildə sosial bərabərsizliyə qarşı çıxıb, qadınların cəmiyyətdə bərabər hüquqlara malik olmasını müdafiə edib və kasta sistemini qəti şəkildə pisləyib. Sidhu Dabindercit Sinqh vurğulayıb ki, bu dəyərlər siqh icmasının ideoloji əsasını təşkil edir və bu gün də aktuallığını qoruyur.

Federasiyanın icraçı direktoru qeyd edib ki, əhalinin 2 faizindən azını təşkil etmələrinə baxmayaraq, siqhlər Hindistanın müstəqilliyi uğrunda mübarizədə mühüm və həlledici rol oynayıblar. Bununla belə, tarixi proseslər siqh icması üçün ağır nəticələr doğurub.

1947-ci il hadisələrinə toxunan Sidhu Dabindercit Sinqh bildirib ki, Pəncabın bölünməsi siqhlər üçün böyük humanitar faciəyə çevrilib. Onun sözlərinə görə, həmin dövrdə milyonlarla insan doğma yurdlarını tərk etməyə məcbur olub, yüz minlərlə insan isə öldürülüb və ya müxtəlif zorakılıqlara məruz qalıb.

O, həmçinin vurğulayıb ki, zikhlər 1950-ci ildə qəbul edilmiş Hindistan Konstitusiyasını heç vaxt qəbul etməyiblər. Səbəb kimi isə bu əsas qanunda siqhizmin ayrıca və müstəqil din kimi tanınmamasını göstərib. Sidhu Dabindercit Sinqh qeyd edib ki, sonrakı dövrlərdə hakimiyyətə gələn heç bir Hindistan hökuməti bu hüquqi boşluğu aradan qaldırmayıb.

Məqalədə: #Sidhu Dabindercit Singh: Zikhlər bərabərlik uğrunda əsrlərdir mübarizə aparır #Bakıda zikh icmasının tarixi mübarizəsi gündəmə gətirildi #Zikh lideri Hindistan Konstitusiyasını tənqid etdi #Zikhlərin sosial ədalət uğrunda rolu beynəlxalq konfransda #Pəncabın bölünməsi zikh icması üçün faciə kimi qiymətləndirildi #Zikh Federasiyası dini tanınma problemini qabartdı #Sidhu Dabindercit Singh: Sihler yüzyıllardır eşitlik için mücadele ediyor #Bakü’de Sih toplumunun tarihi mücadelesi konuşuldu #Sih lideri Hindistan Anayasası’nı eleştirdi #Sihlerin sosyal adalet mücadelesi gündemde #Pencap’ın bölünmesi Sihler için bir trajediydi #Sih Federasyonu dini tanınma talebini dile getirdi

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
19:59
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
19:54
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
19:50
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
19:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.