4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Laçında "Dayanıqlı İnkişafda Qadınların Rolu" mövzusunda panel sessiya keçirilib

Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumu çərçivəsində "Dayanıqlı İnkişafda Qadınların Rolu" mövzusunda panel sessiya keçirilib.

2 İyul 2025 15:50
Laçında "Dayanıqlı İnkişafda Qadınların Rolu" mövzusunda panel sessiya keçirilib

Laçın. AzerVoice

Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumu çərçivəsində "Dayanıqlı İnkişafda Qadınların Rolu" mövzusunda panel sessiya keçirilib.

AzerVoice xəbər verir ki, ECO Təmiz Enerji Mərkəzinin müvəqqəti icraçı direktoru Aysel Yaqubovanın moderatorluğu ilə baş tutub.

Panel sessiya "İƏT ölkələrində qadınların rəhbərlik etdiyi yaşıl biznesləri gücləndirmək üçün hansı iqtisadi alətlər daha effektivdir?", "Rəqəmsal inklüzivlik və innovasiyalar birgə əməkdaşlıqla necə sürətləndirilə bilər?" və s. suallara həsr edilib.

Sessiyada Qırğıstan Əmək, Sosial Müdafiə və Miqrasiya nazirinin müavini Aliza Soltonbekova, Türkiyə Ailə və Sosial Xidmətlər nazirinin müavini Ləman Yenigün, Azərbaycan Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Iran Xarici İşlər Nazirliyinin İƏT və çoxşaxəli iqtisadi əməkdaşlıq məsələləri üzrə departamentinin direktoru Behzad Azars, ECO-nun Elm Fondunun rəhbəri Seyid Komail Təyyibi, BMT Sənaye İnkişafı Təşkilatının (UNIDO) Sənaye İnkişafı üzrə mütəxəssisi Tatyana Çernyavskaya çıxış ediblər.

Çıxış edən İran Xarici İşlər Nazirliyin İƏT və çoxşaxəli iqtisadi əməkdaşlıq məsələləri üzrə departamentinin direktoru Behzad Azara İranın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) üzvlərinin qadınlarının iştirak etdiyi yüksək səviyyəli görüşə ev sahibliyi etmək istədiyini deyib. O həmçinin təklif edib ki, İƏT-in qadınlar üçün yaşıl fondu yaradılsın:

"Bununla bərabər, qadınların irəli sürdüyü layihələrə maliyyə dəstəyi üçün də ayrıca fond yaradılmasını istəyirik.

Hesab edirik ki, qadınların dəstəklənməsi vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verəcək".

İƏT Elm Fondunun rəhbəri Seyid Komail Təyyibi Fondun sahibkar qadınlara qrantların verilməsini təklif etdiyini bildirib:

"Hazırda təşkilatın "yaşıl elm" proqramı mövcuddur. Bu iqtisadiyyatın yaşıl sahələrinə diqqət ayrılmasını önə çəkir. Elm və innovasiyaların təşviqində ECO öndədir və təşkilatın prioriteti bundan sonra da belə olacaq".

Azərbaycan Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova isə Azərbaycanın kənd təsərrüfatının inkişafı ilə bağlı nailiyyətlərindən danışıb.

O bildirib ki, ağıllı idarəetmə, yaşıl infrastruktur və davamlı dolanışıq prinsipləri əsasında qurulan Zəngilan rayonu Ağalı kəndi azad edilmiş ərazilərdə rəqəmsal əlaqəyə malik fermerlərin və geri qayıdanların ilk nəslinin evidir:

"Ağalı qadınları və gəncləri indi iqlimə davamlılıq və innovasiya üçün nəzərdə tutulmuş icmada günəş enerjisi ilə işləyən suvarma, rəqəmsal torpaq sensorları və e-hökumət giriş nöqtələri ilə təchiz olunmuş təsərrüfatları idarə edirlər.

Azərbaycan gender bərabərliyini, davamlılığı və iqlim ədalətini nəzəri cəhətdən deyil, real insanların həyatında inkişaf etdirməyə sadiqdir".

Panel sessiya açıq müzakirə və sual-cavab sessiyası ilə davam edib.

Laçında "Dayanıqlı İnkişafda Qadınların Rolu" mövzusunda panel sessiya keçirilib Laçında "Dayanıqlı İnkişafda Qadınların Rolu" mövzusunda panel sessiya keçirilib Laçında "Dayanıqlı İnkişafda Qadınların Rolu" mövzusunda panel sessiya keçirilib Laçında "Dayanıqlı İnkişafda Qadınların Rolu" mövzusunda panel sessiya keçirilib Laçında "Dayanıqlı İnkişafda Qadınların Rolu" mövzusunda panel sessiya keçirilib Laçında "Dayanıqlı İnkişafda Qadınların Rolu" mövzusunda panel sessiya keçirilib Laçında "Dayanıqlı İnkişafda Qadınların Rolu" mövzusunda panel sessiya keçirilib
Məqalədə: #İqtisadi Əməkdaşlıq Təşkilatı #Laçın

Mövzu üzrə digər xəbərlər

Laçında inşa edilən kanat yolundan son görüntülər
Cəmiyyət

Laçında inşa edilən kanat yolundan son görüntülər

23 Aprel 12:25
Türkiyənin D-8 ölkələrinə idxalı 1 milyard dolları keçib (ÖZƏL)
İqtisadiyyat

Türkiyənin D-8 ölkələrinə idxalı 1 milyard dolları keçib (ÖZƏL)

1 Mart 11:10
Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşüb
Cəmiyyət

Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşüb

25 Fevral 10:48
Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb
Cəmiyyət

Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb

6 Yanvar 11:01

Son Xəbərlər

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.