4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycana qarşı dezinformasiya kampaniyası vahid mərkəzdən idarə olunur - Komissiya

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası son dövrlərdə rəqəmsal platformalarda və müxtəlif media kanallarında ölkəmiz əleyhinə aparılan dezinformasiya kampaniyasının kökündə duran bir sıra məqamları öz səlahiyyətləri çərçivəsində araşdırıb.

20 Fevral 2026 11:48
Azərbaycana qarşı dezinformasiya kampaniyası vahid mərkəzdən idarə olunur - Komissiya
Bizi buradan izləyin və Bizə yazın

BAKI,VOA

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası son dövrlərdə rəqəmsal platformalarda və müxtəlif media kanallarında ölkəmiz əleyhinə aparılan dezinformasiya kampaniyasının kökündə duran bir sıra məqamları öz səlahiyyətləri çərçivəsində araşdırıb.

VOA xəbər verir ki, dövlətimizə qarşı aparılan bu qeyri-dost hərəkətlərin təhlili və qiymətləndirilməsi nəticəsində aşağıdakı hallar müəyyən edilib:

• Həmin fəaliyyətlər vahid mərkəzdən idarə olunur;

• Bir ildən çox davam edən hibrid hücumlar çoxsəviyyəli təzyiq strategiyasının bir hissəsidir;

• Bu anti-Azərbaycan strategiya ictimai rəyi çaşdırmağa, cəmiyyətdə qütbləşmə yaratmağa, dövlətə və onun institutlarına inamı sarsıtmağa hesablanmış informasiya manipulyasiyalarından ibarətdir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, suverenlik iradəsinin güclənməsi, eyni zamanda, ölkəmizin qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə, nəqliyyat dəhlizlərinin yaradılması və regional inkişaf məsələlərində müstəqil qərarların qəbul edilməsi, beynəlxalq tərəfdaşlıqların daha da gücləndirilməsi onun hədəflənmiş kampaniyaya, əsassız ittihamlar ehtiva edən məqsədyönlü dezinformasiyaya məruz qalmasına səbəb olub.

Azərbaycan Respublikası hər cür hibrid təhdidə və informasiya məkanının pozulmasına qarşı öz hüquqlarını qorumaqda qətiyyətini dəyişməyəcək.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya davam edən dezinformasiya kampaniyası fonunda vətəndaşlarımızı yalnız Azərbaycanın dövlət qurumları və rəsmiləri tərəfindən verilən məlumatlara istinad etməyə və inanmağa çağırır.

Məqalədə: #Milli Məclis #Milli Məclis dezinformasiya kampaniyasını araşdırıb #Azərbaycana qarşı hibrid hücumlar davam edir #Komissiya: Kampaniya vahid mərkəzdən idarə olunur #Vətəndaşlara rəsmi mənbələrə istinad çağırışı #Hibrid təhdidlərə qarşı qətiyyətli mövqe #Dezinformasiya kampaniyası #Milli Məclis komissiyası

Mövzu üzrə digər xəbərlər

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Siyasət

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

2 Sentyabr 19:03
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.

31 İyul 20:23
Sahibə Qafarova Efiopiya Baş naziri ilə görüşüb
Siyasət

Sahibə Qafarova Efiopiya Baş naziri ilə görüşüb

29 İyul 18:39

Son Xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.