8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Münhen Finalı: PSJ İnterə qarşı

8 May 2025 09:59
Münhen Finalı: PSJ İnterə qarşı

BAKI, AzerVoice

UEFA Çempionlar Liqasının 2024–2025 mövsümünün finalında PSJ və İnter qarşı-qarşıya gələcək.

AzerVoice xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunlarından sonra hər iki komanda rəqiblərinə qalib gələrək adlarını finala yazdırıblar.

PSJ, səfərdə İngiltərənin Arsenal klubuna qarşı ümumi 3:1 hesablı qələbə ilə irəliləyib. Fransız təmsilçisi bu nəticə ilə tarixində ikinci dəfə finala yüksəlib və hələ də ilk Çempionlar Liqası tituluna can atır.

Digər tərəfdə isə İnter doğma meydanda Barselona üzərində 4:3 hesablı dramatik qələbə ilə ümumi hesabda 7:6 üstünlük qazanaraq finala yüksəlib. Matçın taleyini əlavə vaxtda Davide Frattesi həll edib.

Bu komandalar arasındakı final qarşılaşması 31 may tarixində Alianz Arenada keçiriləcək.

Qeyd edək ki, PSJ 2019–2020 mövsümündə də finala yüksəlmiş, lakin Almaniyanın Bavariya klubuna 1:0 hesabı ilə uduzaraq titulu əldən verib.

İtalyan təmsilçisi İnter isə tarixində dördüncü dəfə Çempionlar Liqasının qalibi olmaq istəyir. Sonuncu dəfə bu uğuru 2010-cu ildə məşhur baş məşqçi Jose Mourinho rəhbərliyi altında qazanan klub, hazırda Simone Inzaghi ilə yeni bir tarix yazmaq niyyətindədir.

Həmçinin qeyd edək ki, final matçından əvvəl dünya şöhrətli rok qrupu “Linkin Park” azarkeşlər üçün xüsusi konsert proqramı ilə çıxış edəcək.

Məqalədə: #Fransa #İtaliya #UEFA #PSJ #Çempionlar Liqası #Barcelona #İnter #Arsenal #Joze Mourinyo

Mövzu üzrə digər xəbərlər

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Livan

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb

7 Sentyabr 18:21
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
ArabCars

BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb

7 Sentyabr 16:09
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.