13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

"Barselona" Ter Ştegeni kapitanlıqdan məhrum edib

İspaniyanın “Barselona” futbol klubu Almaniya yığmasının qapıçısı Mark-Andre ter Ştegendən tibbi arayışı imzalamaqdan imtina etdiyi üçün onu kapitanlıqdan məhrum edib. Disiplin araşdırması başa çatana qədər “Barselona”nın kapitanı Uruqvaylı müdafiəçi Ronald Arauho olacaq.

7 Avqust 2025 18:05
"Barselona" Ter Ştegeni kapitanlıqdan məhrum edib

BAKI, AzerVoice, Səməd Əyyubov – İspaniyanın “Barselona” futbol klubu Almaniya yığmasının qapıçısı Mark-Andre ter Ştegendən tibbi arayışı imzalamaqdan imtina etdiyi üçün onu kapitanlıqdan məhrum edib.

AzerVoice xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Disiplin araşdırması başa çatana qədər “Barselona”nın kapitanı Uruqvaylı müdafiəçi Ronald Arauho olacaq.

Ter Ştegen daha əvvəl belindən əməliyyat olunduğunu və bərpa prosesinin təxminən üç ay çəkəcəyini açıqlamışdı. Lakin o, klubun İspaniya çempionatının tibbi komitəsinə təqdim edə biləcəyi tibbi arayışı imzalamaqdan imtina edib. Əgər bərpa müddəti dörd ay olaraq qiymətləndirilsəydi, klub mövsüm üçün əlavə qapıçı olaraq “Espanyol”dan transfer olunmuş Joan Qarsiyanı qeydiyyatdan keçirə bilərdi.

Bundan sonra “Barselona”nın ter Ştegenə qarşı intizam işi başladacağı və məsələni məhkəməyə çıxaracağı bildirilmişdi. Lakin İspaniya Futbolçular Assosiasiyası klubun qapıçını cəzalandırmaq üçün hüquqi əsaslarının olmadığını bəyan etmişdi.

“Mundo Deportivo” qəzetinin məlumatına görə, ter Ştegen klubdan narazıdır. Belə ki, məşqçilər heyəti ötən mövsümün sonunda onu bilərəkdən meydana buraxmayıb ki, müəyyən sayda oyunda iştiraka görə nəzərdə tutulan 3,5 milyon avro bonus ödənilməsin.

Qeyd edək ki, 33 yaşlı ter Ştegen 2014-cü ildən “Barselona”da çıxış edir. O, klubla 422 matçda iştirak edib və bu oyunların 175-də qapısını toxunulmaz saxlayıb. Qapıçı altı dəfə La Liqa və İspaniya Kubokunu, iki dəfə Superkuboku, bir dəfə isə UEFA Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionluğunu qazanıb. Almaniya yığması ilə 2017-ci ildə Konfederasiyalar Kubokunun qalibi, 2016-cı il Avropa Çempionatının isə bürünc mükafatçısı olub.

Məqalədə: #Barcelona #Mark-Andre Ter Şteqen #Mark-Andre Ter Ştegen #Ter Ştegen kapitanlıqdan məhrum edildi #Barselona qapıçı qalmaqalı #Ronald Arauho #Barselona intizam araşdırması #Joan Qarsiya transfer #İspaniya Futbolçular Assosiasiyası #Ter Ştegen bonus qalmaqalı #Ter Ştegen Barselona statistikası

Mövzu üzrə digər xəbərlər

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
ArabSport

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı

08:28
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
ArabSport

Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi

07:55
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
ArabSport

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır

12 Sentyabr 17:17
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

11 Sentyabr 15:44

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.