4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkmənistan
Türkmənistan

Türkmənistan İran üzərindən qaz ixrac etməyə davam edəcək

20 May 2025 12:16
Türkmənistan İran üzərindən qaz ixrac etməyə davam edəcək

BAKI,AzerVoice

Türkmənistan uzunmüddətli əsasda İran İslam Respublikasına təbii qaz ixrac etməyi və İran üzərindən digər ölkələrə “swap” mexanizmi ilə qaz ötürülməsini həyata keçirməyi planlaşdırır.

AzerVoice xəbər verir ki, bu barədə Tehran şəhərində keçirilən iqtisadi əməkdaşlıq üzrə Türkmənistan–İran hökumətlərarası komissiyasının 18-ci iclasında açıqlama verilib.

Görüşdə Türkmənistan tərəfinə Nazirlər Kabinetinin sədr müavini və xarici işlər naziri Rəşid Meredov, İran tərəfinə isə yol və şəhərsalma naziri Fərzanə Sadiqi Məlvacərd rəhbərlik edib.

Meredov çıxışında Türkmənistanın İranla təbii qaz sahəsində əməkdaşlığı genişləndirməyə sadiq olduğunu bildirib.

“İrana təbii qazın uzunmüddətli ixracını planlaşdırırıq. Eyni zamanda İran üzərindən üçüncü ölkələrə qaz tranzitinin həyata keçirilməsi də əsas hədəflərimizdəndir” – deyə Meredov vurğulayıb.

Türkmən naziri əlavə edib ki, bu sahədə zəruri texniki və iqtisadi imkanlar mövcuddur. O, həmçinin qeyd edib ki, son 15 ildə neft-kimya sahəsində uğurlu əməkdaşlıq qurulub və təcrübə mübadiləsi bu istiqamətdə faydalı ola bilər.

Görüş zamanı Türkmənistanın Yaponiya və Cənubi Koreya şirkətləri ilə əməkdaşlıq etdiyi, İran şirkətləri ilə də analoji əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.

Məqalədə: #İran #Türkmənistan #neft-qaz #əməkdaşlıq əlaqələri #İkitərəfli əlaqələr #enerji əməkdaşlığı #Türkmənistan təbii qazı #iqtisadi və ticari əlaqələr

Mövzu üzrə digər xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”

17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36

Son Xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi
19:56
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.