QÜDS,ArabAZ
İsrail həbsxanalarındakı məhbusların işlərini izləyən qeyri-hökumət təşkilatlarının verdiyi məlumata görə, FƏTH hərəkatının lideri Mərvan Bərquti sentyabr ayında İsrail həbsxanası rəhbərliyi tərəfindən “qəddar və təhlükəli hücuma” məruz qalıb. ArabAZ xəbər verir ki,məsələ ilə bağlı, Məhkumların və Keçmiş Məhbusların İşləri üzrə Komissiya və Fələstinli Məhbuslar dərnəyi birgə bəyanat yayıblar.
“Həbsxanalardakı repressiya bölmələri Əl-Bərqutiyə qarşı amansız hücum həyata keçiriblər. Bərquti bu il sentyabrın 9-da müxtəlif dəmir alətlərlə döyülüb və daha sonra bir nəfərlik kameraya salınıb.Hadisə İsrailin şimalındakı Megiddo həbsxanasında baş verib.Hər iki təşkilat bu məlumatı Fələstinli Əsirlərin İşləri İdarəsinin vəkilindən əldə edib.”-deyə ortaq bəyanatda bildirilir.
Bəyanata görə, Bərgutiyə məruz qaldığı hücum “bədəninə, qabırğalarına və əzalarına xəsarətlər, sağ qulağında qanaxma, sağ qolunda yara və kürəyində göyməklərə səbəb olub”.
İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəs üçün razılıq əldə olunarsa, prezident Mahmud Abbasın rəhbərlik etdiyi FƏTH hərəkatı Mərkəzi Komitəsinin üzvü olan Bərqutinin adı açıqlanacaq adlar arasındadır.
Bərquti 2000-ci ildə İsrailə qarşı başlayan və 2005-ci ilə qədər davam edən ikinci Fələstin intifadası zamanı qətl ittihamı ilə 2002-ci ildən həbsdədir.
O, 2004-cü ilin iyununda beş ömürlük həbs cəzasına məhkum edilib.
İsrail həbsxanalarında 9 mindən çox fələstinlini saxlayır ki, onlardan 5 minə yaxını oktyabrın 7-də baş verən hücumdan sonra həbs edilib, həmçinin Qəzza zolağından həbs olunanların sayı naməlumdur.