BEYRUT,ArabAZ
ABŞ prezidenti vəzifəsini tərk edən Co Bayden ordu komandirinin “bu dövr üçün uyğun lider” olduğunu nəzərə alaraq, Cozef Aunun Livan prezidenti seçilməsini alqışlayıb. ArabAZ xəbər verir ki, Bayden verdiyi açıqlamada, Aunun İsrail və Hizbullah arasında qüvvədə olan atəşkəsə nəzarətdə “qətiyyətli liderlik” təmin edəcəyini nəzərə alaraq, “Prezident Auna güvənirəm və onun bu dövr üçün doğru lider olduğuna qəti şəkildə inanıram” deyib.
Aunun seçilməsi iki ildən çox davam edən boşluğa son qoydu və bu ölkəni maliyyə çöküşündən çıxarmaq üçün bir addım ola bilər.
“Nəhayət, Livanın Prezidenti var”-deyən Bayden Livan prezidentini “birinci dərəcəli insan” kimi xarakterizə edib.