QÜDS,ArabAZ
Axios üç amerikalı rəsmiyə istinadən xəbər verib ki, ABŞ prezidenti Co Bayden bu gün (çərşənbə günü) İsrailin baş naziri Binyamin Netanyahu ilə İrana zərbə endirmək planları ilə bağlı telefon danışığı keçirəcək.
Müzakirələrin digər bir məqsədi isə,İsrailin cavabının sərhədlərini müəyyən etməkdir.
ABŞ rəsmisi sayta açıqlamasında bildirib ki, Vaşinqton İsrailin həddi aşmadan İrandakı mühüm hədəflərə hücum edəcəyinə əmin olmaq istəyir.