Bakı,ArabAZ

Birləşmiş Ərəb Əmirlikləri ilk atom elektrik stansiyasının tikintisinin başa çatdığını elan edib. ArabAZ xəbər verir ki, Abu Dabidəki Barakah Atom Elektrik Stansiyası ərəb dünyasında bir ilkdir.
AES -in BƏƏ-ni təmin edən elektrik enerjisinin 25%-nin istehsal edilməsi planlaşdırılır.

BƏƏ prezidenti Məhəmməd bin Zayed qeyd edib ki, atom elektrik stansiyasının tikintisi “sıfır emissiyaya doğru əhəmiyyətli bir addımdır”.  

Qeyd edək ki, qonşu Səudiyyə Ərəbistanı nüvə enerjisinə sahib olan növbəti Körfəz ölkəsi ola bilər. Ər-Riyad atom elektrik stansiyası tikmək planlarını daha öncə açıqlamışdı.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version