Bazar ertəsi, 17 Avq 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
BƏƏ » BƏƏ-də sahibkarların cərimələri 50 faiz endirildi

BƏƏ-də sahibkarların cərimələri 50 faiz endirildi

İyul 2, 2026 6:20 axşam
Paylaş
Paylaş

Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyində sahibkarlıq fəaliyyətini dəstəkləmək və biznes mühitini canlandırmaq məqsədilə mühüm bir güzəşt kampaniyasına start verilib. Şarja Mülki Müdafiə İdarəsinin (Sharjah Civil Defence) rəsmi açıqlamasına görə, əmirlikdə iqtisadi aktivliyi qorumaq üçün xüsusi asanlaşdırma paketi hazırlanıb.

ArabAZ xəbər verir ki, Bbu paket çərçivəsində mülki müdafiə qaydalarının pozulmasına görə yazılmış bütün cərimələrə və yanğınsöndürmə xərclərinə 50 faiz rəsmi endirim tətbiq olunacaq.

Sözügedən maliyyə güzəştləri 2019-cu ildən 2026-cı ilədək olan dövr ərzində kəsilmiş bütün cərimələri əhatə edir. Qərar 16 iyun 2026-cı il tarixindən etibarən qüvvəyə minib və üç ay müddətində etibarlı olacaq. İdarə rəsmiləri vətəndaşları və biznes sahiblərini ətraflı məlumat üçün rəsmi rabitə kanalları vasitəsilə əlaqə saxlamağa və ya birbaşa “06 516 3333” nömrəsinə zəng etməyə çağırıb.

Şarja Polisindən də biznesə böyük dəstək paketi

Həftənin əvvəlində Şarja İcraiyyə Şurasının qərarına uyğun olaraq Şarja Polisi də kommersiya müəssisələrinə dəstək məqsədilə bənzər layihə elan edib. Polisin təqdim etdiyi təşviq paketinə kommersiya fəaliyyəti üçün təhlükəsizlik icazələrinin (security permit) yenilənməsi rüsumlarının 50 faiz azaldılması, qeydə alınmış inzibati xətalar üzrə cərimə məbləğlərinə 50 faiz endirim edilməsi və təhlükəsizlik sistemlərinə abunə haqlarının yarıbayarı (50%) endirilməsi daxildir. Bundan əlavə, sahibkarlar işçilərin icbari təlim proqramları (mandatory training) üçün ödənilən haqların 20 faiz azaldılması güzəştindən də yararlana biləcəklər. Dövlət tərəfindən atılan bu koordinasiyalı addımlar Şarjanın regionda biznes üçün cəlbedici və çevik bir iqtisadi mərkəz statusunu qorumağa xidmət edir.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

BƏƏQətərSuriya

Qatar Airways BƏƏ və Suriyaya uçuşları bərpa edir

Müəllif:
mail.azerpress@gmail.com
BƏƏRedaktorun seçimi

BƏƏ OPEC və OPEC+ üzvlüyündən çıxır

Müəllif:
ArabAZ News
BƏƏRedaktorun seçimi

BƏƏ-də sosial mediada qanunsuz paylaşımlara sərt qadağalar

Müəllif:
mail.azerpress@gmail.com
BƏƏ

Dubay Metrosunun “Göy xətt”i: yeraltı qovşağın dizaynı açıqlandı

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.