Bakı,ArabAZ
Dünyanın aparıcı müdafiə və qabaqcıl texnologiya qrupu olan EDGE dəniz, hərbi hava qüvvələri, ordu və daxili təhlükəsizlik məhsulları üzrə regionun ən böyük sərgilərindən biri olan 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə iştirak edir. ArabAZ xəbər verir ki , tədbir 24-26 sentyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək.
Üç gün ərzində EDGE müştərilərin xüsusi əməliyyat tələblərinə uyğun olaraq dəyişdirilmiş bir neçə ağıllı texnologiya məhsullarını nümayiş etdirəcək. Bunlara qabaqcıl idarə olunan silahlar, dəqiq idarə olunan döyüş sursatları, kibermüharibə texnologiyaları və qabaqcıl hava raket sistemləri daxildir.
Ağıllı silah çeşidlərinin bir hissəsi olaraq EDGE, dəqiq idarə olunan sursatlar çeşidini, sürətli zərbə vuran mobil sursatların çeşidini, “Desert Sting” idarə olunan silahlarının ailəsini və ” Döyüşdə effektiv olduğunu və bütün hava şəraitində, gecə-gündüz fəaliyyət göstərdiyini sübut edən “Əl-Tariq” modul tipli dəqiqliklə idarə olunan döyüş sursatları seriyasını sərgidə nümayiş etdirəcək.
Eyni zamanda sərgidə elektron müharibə sahəsində “ACTIVECELL SAR” kimi müxtəlif hərbi və kəşfiyyat missiyalarını dəstəkləmək məqsədi ilə yüksək mürəkkəb mühitlərdə qorunma, ətraf şəraitdən xəbərdar olmaq üçün hazırlanan müxtəlif hərbi məhsullar nümayiş etdiriləcək.
EDGE həmçinin bir sıra kiçik çaplı döyüş sursatlarına əlavə olaraq bir sıra qeyri-öldürücü texnologiyalar və sursatlar nümayiş etdirəcək.
İştirakçılar 24-26 sentyabr 2024-cü il tarixlərində Bakı Sərgi Mərkəzində Pavilyon 3, 3A310 stendində keçiriləcək sərgi zamanı EDGE Collection-a baş çəkə bilərlər.
Qeyd edək ki , “EDGE” 2019-cu ilin noyabr ayında təsis olunub və ən qabaqcıl texnologiya qruplarından biridir . Şirkət Müdafiə və digər sahələrdə çevik, cəsarətli və innovativ həllər hazırlamaq, dəyişiklik və transformasiya üçün katalizator olmaq məqsədi ilə yaradılmışdır.
“EDGE” bazara yüksək səviyyəli innovasiyalar, texnologiyalar və xidmətlər təqdim etməyə səy gəstərir Şirkət gələcək sənayelər üçün aparıcı qlobal mərkəz kimi BƏƏ-nin mövqeyini gücləndirir.
Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqinə diqqət yetirməklə, EDGE qabaqcıl texnologiyalara əsaslanaraq qabaqcıl operatorlar və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etdiyi üçün qlobal ixracat və milli təhlükəsizliyin qorunması üçün suveren imkanların inkişafına öndərlik edir.
EDGE, müştərilərinin xüsusi tələblərinə uyğunlaşdırılmış innovativ həllər hazırlamaq üçün AR-GE, inkişaf etməkdə olan texnologiyalar, rəqəmsal transformasiya və kommersiya bazarı yeniliklərini hərbi imkanlarla birləşdirir.
EDGE-nin baş ofisi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə yerləşir. Şirkət platformalar və sistemlər, raketlər və silahlar, kosmik texnologiya və kibertəhlükəsizlik, ticarət və missiya dəstəyi və milli təhlükəsizlik daxil olmaqla beş əsas sektorda 35-dən çox qurumu birləşdirir.