DƏMƏŞQ,ArabAZ
Suriyada “Heyat Təhrir əl-Şam”ın prezident Bəşər Əsədi devirməsindən bir neçə gün sonra hakim BƏƏS Partiyası 60 ildən çox hakimiyyətdə olan siyasi qrupun taleyində şok edici dəyişikliyi nümayiş etdirərək, fəaliyyətinin dondurulduğunu elan etdi.
Partiya rəhbərliyinin bir çox üzvləri gizlənib, digərləri isə ölkədən qaçıb. Suriyanın yeni rəhbərliyi partiyanın Dəməşqdəki yeni binasını sabiq üzvlərin və hərbçilərin təslim olması üçün rəsmi qərargah olaraq seçib, belə ki, silahlarını təhvil vermək istəyən gərbçilər bura yaxınlaşa bilərlər.
Eyni zamanda, Suriyanı 1963-cü ildən rəsmən idarə edən Ərəb Sosialist Baas Partiyasının ləğvi çağırışları da artır. Partiyanın keçmiş üzvləri də daxil olmaqla, bir çox suriyalı hesab edir ki, onun hakimiyyəti digər ərəb ölkələri ilə münasibətləri korlayıb və korrupsiyanın yayılmasına kömək edib. İdda edilir ki, sosializm ideyaı ərəb toplumuna uyğun deyil.
Maraqlıdır ki, ərəb ölkələrini bir millətdə birləşdirmək məqsədi daşıyan partiya 1947-ci ildə iki suriyalı ərəb millətçisi Mişel Əflaq və Salahəddin Bitar tərəfindən İraq və Suriyada yaradılıb.
Buna baxmayaraq, Əsədin və onun mərhum atası Hafizin hakimiyyəti altında olan Suriya qolu ilə 2003-cü ildə ABŞ-ın işğalı nəticəsində devrilmiş Səddam Hüseynin hakimiyyəti altında olan İraq qolu arasında rəqabət vəziyyəti yaranıb.
Suriya daxilində BƏƏS Partiyası 1970-ci ildən hakimiyyətdə olan Əsəd ailəsi ilə çox sıx bağlı oldu. Onilliklər ərzində hakim ailə ölkəyə nəzarət etmək üçün partiyadan və onun ərəb millətçi ideologiyasından istifadə etdi.Maraqlı olan isə o idi ki, özlərini ərəb millətçisi kimi göstərən Əsəd ailəsi bütün suriya xalqını fars imperialist ideyalarına qurban verdi. Təbii ki, burda məzhəb faktoru danılmazdır.
Əsəd ailəsinin mənsub olduğu Ələvi təriqətinin bir çox mənsubları yüksək hərbi vəzifələrdə çalışmış, partiya üzvlüyü ona məzhəb deyil, milli xarakter vermək üçün pərdə kimi istifadə edilmişdir.
Qeyd etmək lazımdır ki, bir çox suriyalı ibtidai məktəbdə oxuyarkən partiyanın uşaq və gənclərdən ibarət iki qolu olan “BƏƏS-in Avanqardları” və “İnqilabın Gəncləri”nə qoşulmağa məcbur olmuşdular.
Partiya üzvü olmayan insanların dövlət işlərinə girməsi, orduya, təhlükəsizlik və kəşfiyyat xidmətlərinə getməsi çətin deyildi, sadəcə olaraq mümkün deyildi.
2012-ci ildə, Suriya qiyamının başlamasından bir il sonra, cəmiyyətin siyasi islahat tələblərini sakitləşdirməyə çalışan “BƏƏS Partiyası”nın millətin və cəmiyyətin lideri olduğunu bildirən bənd konstitusiyadan ləğv edildi. Bununla belə, praktikada partiya dominant mövqeyində qaldı, onun üzvləri parlamentdə və hökumətdə çoxluq yeri tutdular.
Suriyada partiyanın süqutundan şikayətlənən az adam olsa da, bəziləri hazırda ölkəyə nəzarət edən sünni çoxluğun Səddam Hüseynin devrilməsindən sonra İraqda baş verən kimi təmizləməyə başlaya biləcəyindən ehtiyat edir. (Sədda sonrası şiələr İraqın bir çox əyalətlərində kütləvin olaraq sünni qətliamları həyata keçirdilər. Buna başçılıq edən və bunu alovlandıran İran olmuşdu).
İraqda “Bəəs Partiyası”nın kökünü kəsmək üçün bir komitə yaradıldı və onun əsas missiyası hökumət və hərbi qurumların dəhlizlərində Səddama sadiq olanlardan xilas olmaq idi.
Sünni azlıq bunu ölkədəki şiə çoxluğu ilə məzhəb fərqlərini sıfıra endirmək üçün bir vasitə hesab edirdi. Sünnilərin narazılığı və onların kütvəvi şəkildə məhvi İraqda ekstremist qrupların, o cümlədən Əl-Qaidə və İŞİD-in artmasına səbəb oldu.
Suriyada Əsədin devrilməsindən 3 gün sonra Baas Partiyasının yaydığı bəyanatda bütün üzvləri silahlarını yeni hakimiyyətə təhvil verməyə çağırıb.
Dekabrın 24-də partiya üzvü və keçmiş ordu polkovniki Mumamməd Merhi partiyanın keçmiş qərargahında sıraya düzülərək silahları təhvil verən yüzlərlə insan arasında olub.