Beyrut,ArabAZ
İnqilab Keşikçiləri Qvardiyasına bağlı media orqanları Beyrutun cənub ətrafında Hizbullahın baş katibi Həsən Nəsrullahın ölümü ilə nəticələnən partlayışda general Abbas Nilforşanın öldürüldüyünü təsdiqləyib. ArabAZ xəbər verir ki, İranın Ali Rəhbərinin ofisinə yaxın olan “Kayhan” qəzeti “qeyri-rəsmi” mənbələrə istinadən Nilforşanın İsrailin Beyrutun cənub ətraflarında Hizbullahın qərargahına endirdiyi hava zərbəsi nəticəsində öldürüldüyünü bildirib.
Nilforşan birgə əməliyyat qərargahında İnqilab Keşikçiləri birləşmələrinin koordinatoru idi. İlk dəfədir ki, media onun İnqilab Keşikçiləri Qvardiyasının qüvvələrinə nəzarət etmək üçün Livana köçdüyünü açıqlayır.
Zahidinin doğulduğu İsfahanda dəfn mərasimi zamanı İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami onun yerinə təyin ediləcək çəxsin də İsfahanlı olacağını bildirib.