ƏR-RİYAD,ArabAZ
ABŞ dövlət katibi Entoni Blinken Qəzza zolağında atəşkəslə bağlı müzakirələr aparmağa çalışdığı regional tur çərçivəsində çərşənbə günü Səudiyyə Ərəbistanına gəlib.
Blinken regiona səfəri çərçivəsində paytaxt Ər-Riyada getməzdən əvvəl “Səudiyyə Ərəbistanı regionda mühüm oyunçudur” demişdi. Blinken Ər-Riyada bir başa İsraildən gəlib. Qəzzada bir ildən çox davam edən meharibə fonunda Blinkenin regiona ümumilikdə 11-ci səfəri baş tutub.
Blinken Səudiyyə Ərəbistanına getməzdən əvvəl Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanında jurnalistlərə deyib: “Baş verənlərə baxmayaraq, bu bölgədə hələ də tamamilə fərqli bir istiqamətdə hərəkət etmək üçün böyük bir fürsət var”.
Blinken İsrailin baş naziri Benyamin Netanyahu və yüksək vəzifəli İsrail rəsmiləri ilə görüşdükdən sonra isə, “Qəzzada müharibəyə son qoymağın vaxtı çatıb”-deyib.
O, HƏMAS-ın siyasi bürosunun rəhbəri Yəhya Əl-Sinvarın öldürülməsindən və Qəzzada bir ildən çox davam edən müharibə zamanı onun imkanlarının əksəriyyətinin məhv edilməsindən sonra müharibəni bitirmək üçün “münbit fürsətdən” istifadə etməyə çağırıb.
Blinken bildirib ki, İsrail 7 oktyabr 2023-cü il hücumunun sonra Qəzza zolağında hərbi kampaniyasına başladığı hücumun təkrarlanmamasını təmin etməyə nail olub.
“Bu uğurları davamlı strateji uğura çevirməyin vaxtıdır. Diqqət girovların qaytarılmasına, bu müharibəyə son qoyulmasına və bundan sonra nə ilə bağlı dəqiq plana yönəlməlidir”-deyən Blinken,vurğulayıb ki, İsrail acınacaqlı şəraitdə yaşayanlar üçün kifayət qədər humanitar yardım təmin etmək üçün daha çox iş görməlidir.
Netanyahu hökuməti isə bu vaxta qədər , Qəzza zolağındakı müharibənin nəticələri ilə bağlı heç bir aydın mənzərə ortaya qoymayıb.
Fələstinlilər arasında geniş narahatlıq var ki, İsrail fələstinliləri Qəzza zolağında geniş əraziləri köçürməyə məcbur etmək niyyətindədir, bu, İsrailə bu bölgəyə daha çox nəzarət etmək imkanı verir.
Blinken ABŞ-ın Qəzza zolağında İsrailin hər hansı işğalını rədd etdiyini vurğulayaraq, Netanyahudan İsrailin belə planlarının olmadığına dair zəmanət aldığını bildirib.