LONDON,ArabAZ
Britaniya hakimiyyəti,HƏMAS hərəkatını dəstəklədiyi bəyanatlarından sonra Cənubi Afrikanın mərhum lideri Nelson Mandelanın nəvəsi Lenkosi Zweliville Mandelaya giriş vizası verməkdən imtina etdiklərini açıqladı. ArabAZ xəbər verir ki, Britaniya Mandellanın nəvəsini ölkə sabitliyi və təhlükəsizliyi üçün potensial təhlükə hesab edib.
Fələstin tərəfdarı fəallığı ilə tanınan Mandela bu ay Böyük Britaniyaya səfər etməyi planlaşdırmışdı. O Mançester, Edinburq və Qlazqo şəhərlərində fələstinlilərlə həmrəylik tədbirlərində iştirak etməli idi.
Əslində o Cənubi Afrika hökuməti pasportuna malikdir və Britaniyaya vizasız girə bilər, lakin son anda ona ölkəyə girməyə icazə verilməyib.