Beyrut,ArabAZ
Britaniya İsraillə Hizbullah qruplaşması arasında kəskin gərginlikdən sonra vətəndaşlarının Livanı tərk etməsinə kömək etmək üçün Kiprə yüzlərlə əsgər göndərib və britaniyalıları oradakı təcili tərk etməyə çağırıb.ArabAZ xəbər verir ki, İngiltərə Xarici İşlər Nazirliyi fövqəladə vəziyyət planları hazırlanarkən sərhəd qüvvələrinin dəstəklədiyi 700-ə yaxın əsgərin yaxın saatlarda Kiprə hərəkət edəcəyini bildirib.
Nazirlik əlavə edib ki, zərurət yaranarsa dəstək vermək üçün Hərbi Hava Qüvvələrində nəqliyyat təyyarələri də hazır vəziyyətdədir.
“Son saatlarda və günlərdə baş verən hadisələr bu vəziyyətin nə qədər təhlükəli olduğunu göstərdi və buna görə də mesajımız aydındır: Britaniya vətəndaşları indi tərk etməlidirlər”-deyə Britaniyanın müdafiə naziri Con Healey deyib