Ncamena. ArabAZ
Çadın Nigeriya ilə sərhəddə yerləşən Nqubua bölgəsində baş verən hücum nəticəsində 40-dan çox hərbçi həyatını itirib.
ArabAZ-ın məlumatına görə, bu xəbəri Çad Prezidenti Mahamat İdris Debi təsdiqləyib.
Məlumatda qeyd olunub ki, hücumu Boko Haram terror qruplaşması həyata keçirib. 200 nəfərlik şəxsi heyəti olan hərbi hissəyə edilən hücum zamanı böyük miqdarda hərbi texnika və nəqliyyat vasitəsi məhv edilib, ağır silahlar isə ələ keçirilib.
Hücumdan sonra ərazidə genişmiqyaslı antiterror əməliyyatlarına start verilib.
Bu hücum Çad prezidentinin orduda islahatlara başlaması ilə eyni vaxta təsadüf edir.