BEYRUT,ArabAZ
Adı misirli Ümmü Gülsüm ilə eyni çəkilən və Yaxın Şərqin ən parlayan ulduzu olan Feyruzun bu günn 90 yaşı tamam olur. Bir çoxları onun 20 noyabrda anadan olduğunu desələr də əslində o , 21 noyabr 1935-ci ildə Livanın Cəbəl Əl Ərz şəhərində anadan olub. Əslən Mardinlidir .Azərbaycanda onu çox az adam tanısa da mahnılarını tanınmış müğənnilər oxuyub.
Feyruz bəstəkar Mohamed Flayfelin köməyi ilə Livan Radio Xoruna seçilir və radio direktoru Halim Elrumi vasitəsilə Assy Rahbani və Mansur Rahbani qardaşları ilə tanış olur. Bəstəkar Rəhbani qardaşları ənənəvi ərəb mahnılarını və bəzi Qərb musiqi parçalarını da yenidən tərtib etdilər, bu görüşdən sonra Feyruz bu musiqiləri ifa etməyə başladı.
Ərəb və Qərb cəmiyyətində musiqiləri ilə tanınan Rəhbani qardaşları Feyruzun ifa edə biləcəyi mahnılar bəstələməyə başladılar. Feyruzun bu günlərdə ən məşhur mahnılarından biri olan “Nehna Wel Amar Jiran” da Rəhbani qardaşlarının əsəridir və ilk mahnısıdır.
O, 1955-ci ilin iyul ayında Rahbani qardaşlarından Assy Rahbani ilə evləndi və həyat yoldaşı ilə Beyrutun şimalındakı Antelias şəhərinə köçdü. Bir il sonra onların Ziyad adlı oğlu dünyaya gəldi.
Feyruzun Rəhbani qardaşları ilə işi ərəb dünyasında böyük populyarlıq qazandı və Qərbə əhəmiyyətli təsir bağışladı. 1971-ci ildə Qərbdə çox uğurlu musiqi turu keçirən Feyruz Nyu Yorkda Carnegie Hall, Londonda Albert Hall və Parisdə Olimpiada konsertlər verdi.
Feyruzun bir çox musiqilərini türk sənətçiləri də təqib edirdi və beləliklə musiqilər türk dilinə də tərcümə edildi. Türkiyəli müğənni Ajda Pekkanın “Sana ne yapacağım”, Ferdi Özbeğenin “Kurumuş bir dal gibiyim” və Semiha Yankının “Tatlı cadı” kimi bir çox musiqilər məhz Feyruzun musiqiləridir.
Feyruz yalnız kütlə qarşısında konsert verib. O, həmişə dövlət rəsmiləri qarşısında fərdi konsert verməkdən imtina edib. Bu, onun cəmiyyət tərəfindən daha çox qəbul edilməsinə və sevilməsinə səbəb olub.
2015-ci ildə Feyruzun həyatı əsasında Fransada sənədli film çəkilib. 82 yaşlı sənətkarın həyatının bilinməyən tərəfləri bu filmlə livanlılara göstərilib. Vətəndaş müharibəsi zamanı ölkəni tərk etməli olan Feyruzun ölkəyə qayıtması livanlılar üçün ümid işığı oldu.
Onun mahnılarında təkcə Yaxın Şərq musiqisində eşitdiyimiz ud, qanun kimi alətlər deyil, həmçinin violonçel, skripka və piano kimi Qərb dünyasına xitab edən alətlərdən də istifadə edilib.