DƏMƏŞQ,ArabAZ
Suriyanın Dəməşq hava limanı yanvarın 7-dən beynəlxalq uçuşlara başlayacaq. ArabAZ xəbər verir ki, Bəşər Əsədin devrilməsindən sonra ilk uçuş dekabrın 18-də Dəməşq hava limanından ölkənin şimalındakı Hələbə olub.
Təyyarənin göyərtəsində jurnalistlər də daxil olmaqla 32 nəfər olub.
Qeyd edək ki, İran və Rusiyanın bir abaşa dəstəklədiyi Əsəd Suriyadan qaçıb və Moskvaya sığınıb.