Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Dünya kubokunda Səudiyyə rüzgarı

İyun 24, 2026 9:10 səhər
Paylaş
Paylaş

Səudiyyəli gənc müğənni Şərqiyə (əsl adı Sara Əlsaihati) bu yay Krallığın zəngin mədəniyyətini qlobal futbol səhnəsinə daşıyır. O, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi FİFA Dünya Çempionatı 2026 çərçivəsində Atlantada təşkil olunan rəsmi fan-zonada irimiqyaslı konsert proqramı ilə çıxış edib.

ArabAZ xəbər verir ki, iyunun 20-də baş tutan bu performans həm müasir Səudiyyə musiqisini dünyaya tanıdıb, həm də ölkənin 2034-cü ildə keçiriləcək FİFA Dünya Çempionatına ev sahibliyi öncəsi futbol ehtirasını nümayiş etdirib.

View this post on Instagram

A post shared by Shargeeya شرقية (@shargeeya)

Musiqi səhnəsindən əlavə, 2002-ci il təvəllüdlü sənətçi “Adidas” brendinin Səudiyyə Ərəbistanı milli komandasının yeni forması üçün hazırladığı qlobal reklam kampaniyasının əsas simalarından biri olub. Səudiyyə yaradıcılığını və milli kimliyini mərkəzə qoyan bu layihədə Şərqiyə Krallığın digər mədəniyyət xadimləri ilə birlikdə yeni formanı nümayiş etdirib.

Bu əməkdaşlıq qlobal idman marketinqində yeni trendi — idman geyimlərinin təqdimatında yalnız futbolçuların deyil, musiqiçilərin və rəqəmsal məzmun yaradıcılarının rolunu ön plana çıxarır. Uşaqlığının bir hissəsini Los-Anceles, Livan və Nyu-Yorkda keçirən Şərqiyə, ənənəvi Səudiyyə motivlərini müasir pop ritmləri ilə birləşdirərək böyük rəğbət qazanıb.

Qeyd edək ki, Şərqiyə bu il Dünya Çempionatı tədbirlərində çıxış edən yeganə ərəb sənətçisi deyil. Ötən həftə Torontoda keçirilən açılış mərasimlərində fələstinli-çilili müğənni Elyanna və mərakeşəsilli Kanada ulduzu Nora Fatehi də səhnə alıblar.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

ArabShowRedaktorun seçimi

Kannda səudiyyəli ulduza yüksək qiymət verildi

Müəllif:
ArabAZ News
Arab SportArab+

Xəlifə Beynəlxalq Stadionu 50 yaşını qeyd edir

Müəllif:
mail.azerpress@gmail.com
Arab+ArabLyrics

Bu mahnını hər kəs dinləyir, amma mənasını bilmir

Müəllif:
mail.azerpress@gmail.com
Arab+ArabShow

Dubay səmasına Maykl Cekson baxanları heyran etdi

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.