DƏMƏŞQ,ArabAZ
Bu gün Dəməşqdə yeni hakimiyyətə rəhbərlik edən “Heyat Təhrir əl-Şam”ın lideri “Əbu Məhəmməd əl-Culani” ləqəbli Əhməd əl-Şaraa suriyalıları “Bayramı qeyd etmək üçün küçələrə çıxmağa” çağırıb. ArabAZ xəbər verir ki, əl-Culanı xalqa telegram kanalı vasitəsilə müraciət edib.
“Böyük Suriya xalqını mübarək inqilabın qələbəsi münasibətilə təbrik etmək istərdim və onları güllə atmadan, insanları öldürmədən, sevinclərini ifadə etmək üçün meydanlara çıxmağa dəvət edirəm”-deyə o qeyd edib.