HƏLƏB,ArabAZ
Suriya silahlı dəstələrinin Hələb şəhərinə gəlişi ilə Suriya silahlı birləşmələrinin rabitə kanalları hücumu istiqamətləndirən hərbi paltar geyinmiş saqqallı adamın şəkillərini dərc edib. Bu adam “Heyat Təhrir əş-Şam”ın lideri Əbu Məhəmməd əl-Culanidir.
Əl-Culani qüvvələrinin Hələbə hücumu ilə Suriyanın daxilində və xaricində mübahisə mənbəyinə döndü. Bu onun xüsusən də “terror təşkilatı” kimi təsnif edilən qrupa rəhbərlik etdiyi üçün oldu.
“Heyat Təhrir əl-Şam”ın rəhbəri kimi Əbu Məhəmməd əl-Culani Suriyanın şimal-qərbindəki əsas silahlı qruplaşmaya rəhbərlik edir, İdlib əyalətində geniş ərazilərə və Hələb, Latakiya və Həmanın bəzi hissələrinə nəzarət edir.
Bu bölgə təxminən 3 milyon köçkünün yaşadığı yerdir və silahlı qruplaşmaların əsas anklavıdır.
Əl-Culani bu günə qədərə Suriya müharibəsi tarixində ən mübahisəli fiqurlardan biridir və ona yanaşma da birmənalı deyil.
Əbu Məhəmməd əl-Culani kimdir?
Amerika KİV-lərində və qeyri-ərəb mediasında onun əsl adı, doğum tarixi və yeri, tərcümeyi-halı və hətta milliyyəti ilə bağlı müxtəlif məlumatlar verilir ki, bu da onun şəxsiyyəti ilə bağlı bir çox qeyri-müəyyənlik yaradır.
Birləşmiş Millətlər Təşkilatının hesabatlarına görə, Əl-Culani 1975-1979, İnterpol isə onun 1975-ci ildə doğulduğunu yazır.
Amerikanın “PBS” şəbəkəsinə verdiyi müsahibəyə görə, onun əsl adı Əhməd Hüseyn Əl-Şaraadır və Colan yüksəkliklərinə aid olan ləqəbi ailəsinin həmin bölgə ilə əlaqələrini əks etdirir.
Onun Suriyada deyil, xaricdə doğulun sonra isə, ailəsi ilə birgə Dəməşqa gələrək orada yaşadığı iddia edilir. Əl-Culaninin 1981-ci ildə Suriyanın Deyr əz-Zor şəhərində anadan olduğu da iddia olunur.
Deyilənə görə, o, Dəməşqdə iki il tibb təhsili alıb, üçüncü kursunu tərk edərək ABŞ-ın İraqı işğal etməsindən sonra, 2003-cü iləd Əl-Qaidəyə qoşulub.
Ehtimal olunur ki, o, Əbu Musab əz-Zərqavi ilə yaxınlaşana qədər təşkilatın sıralarında sürətlə yüksəlib.
Sonra o, 2006-cı ildə Əl-Zərqavinin öldürülməsindən sonra Livana köçüb və onun “Cund Əl-Şam”ın məşqlərinə rəhbərlik etdiyi deyilirdi.
Daha sonra yenidən İraqa səfər edib, orada bir müddət Amerika qüvvələri tərəfindən həbs edilib və 2008-ci ildə azadlığa çıxandan sonra İraqda İŞİD sıralarına qoşulub.
Əl-Culani 2011-ci ilin avqustunda vətəninə, Suriyaya qayıdıb və orada Suriya prezidenti Bəşər Əsədə qarşı mübarizəyə qoşulmaq üçün Əl-Qaidənin bir qolunu yaradıb.
Əl-Culaninin iraqlı olduğunu və Fəllucadakı Əl-Culani məhəlləsində doğulduğunu iddia edənlər də var.
Əl-Culani ilə bağlı təfərrüatlar “diqqətlə qorunan sirrdir. Əl-Nusra Cəbhəsinin əksər üzvləri belə onunla bu vaxta qədər görüşə bilməyiblər.
Onun İraqa nə vaxt getdiyi ilə bağlı xəbərlər də fərqli idi və Əl-Culaninin 2008-ci ildə Suriyadakı həbsxanadan çıxdığı, sərbəst buraxıldıqdan sonra isə İraqa getdiyi və 2011-ci ildə Suriya qiyamının başlamasından sonra Suriyaya qayıtdığı barədə məlumatlar olsa da, Əl-Nusra Cəbhəsinin lideri kimi, o 2003-cü ildə Əbu Musab əz-Zərqavinin rəhbərliyi altında Əl-Qaidəyə qoşulub.
Əl-Culani, Əl-Qaidə və İŞİD
Əl-Culani İraqdakı fəaliyyəti dövründə İraqda Əl-Qaidənin banisi Əbu Musab əz-Zərqavinin nəzarəti altında “parlamağa” başlayıb və burada Suriya mənşəli olmasından istifadə edərək sərhədyanı əməliyyatların asanlaşdırılmasında bölgəni yaxşı bilən biri kimi olduqca mühüm rol oynadı. O eyni zamanda hücumlar və intihar əməliyyatları həyata keçirən əcnəbi döyüşçülərlə yerli üsyançılar arasında əkoordinator olub.
2010-cu ildə Amerika qüvvələri onu İraqda həbs edib və ekstremist ideologiyaların inkişafı üçün olduqca münbit yer olması ilə məşhur olan “Camp Bucca” ( İraq) həbsxanasında saxlayıblar.
Bu dövr onun ekstremist şəbəkələrlə, o cümlədən gələcək İŞİD liderləri ilə əlaqələrini gücləndirib və o, bir neçə ili hərbi həbsxanalarında keçirib.
Qeyd etdiyimiz kimi Əl-Culani ilə bağlı hər şey haqqında ziddiyyət təşkil edirə Lakin Əl-Culani-nin ilk illəri Suriyada “Bəəs” rejiminin hakimiyyəti dövrünə, istənilən siyasi müxalifətin cilovlandığı bir dövrə təsadüf etdiyi sirr deyil.
Əl-Qaidədən qopmaq
2011-ci ildə “Suriya üsyanı” silahlı qarşıdurmaya çevrildiyindən, Əl-Culani İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin tapşırığı ilə Suriyaya qayıdıb, 2012-ci ilin yanvarında. “Cəbhət Əl-Nusra” təşkilatını yaradıb” Əl-Nusra Cəbhəsi İŞİD-in İraqdakı qolu kimi formalaşır.
Lakin 2013-cü ildə İŞİD-in İraqdakı lideri Əbu Bəkr əl-Bağdadi Əl-Nusra Cəbhəsi ilə birləşməyi elan etdikdə, Əl-Culani bundan imtina edib və Əl-Qaidə lideri Ayman əl-Zəvahiriyə sadiqliyini bəyan edib.
Ən-Nusra Cəbhəsi tez bir zamanda döyüş təcrübəsi qazandı və özünü tanıda bildi.
2016-cı ilin iyulunda Əl-Culani qruplaşmasının Əl-Qaidə ilə əlaqələrini kəsdiyini və bundan sonra Cəbhət Fəth əl-Şam kimi tanınacağını elan etdi.
Yenidənqurma və “reform”
2017-ci ildə o, təşkilatı əl-Culaninin başçılıq etdiyi silahlı fraksiyaların koalisiyası olan “Heyat Təhrir əl-Şam” olaraq yenidən strukturlaşdırdı. Qüvvətli islamçı ideologiyasını saxlamasına baxmayaraq, qrup sərhədlərarası döyüşlərdən daha çox yerli idarəetmə və diplomatiyaya diqqət yetirən daha praqmatik bir imic təqdim etməyə çalışdı.
2021-ci ildə Əl-Culani Amerikanın “PBS” şəbəkəsinə demişdi ki, o, “qlobal cihad” kimi təsvir etdiyi “Əl-Qaidə”nin məqsədlərindən əl çəkib və hazırda diqqətini yalnız “Suriya prezidenti Bəşər Əsəd rejimini devirmək və hakimiyyət qurmaq üzərində cəmləyib. Onun istəyi Suriyada İslam hakimiyyəti qurmaqdır.
“Əl-Qaidə ilə ortaqlığımız keçmişdə qaldı”-deyə o bildirib.
“Hətta biz (Əl-Qaidə) ilə birlikdə olduğumuz zaman da xarici hücumlara qarşı idik və Suriyadan avropalıları və ya amerikalıları hədəf almaq üçün xarici əməliyyatlar həyata keçirmək bizim siyasətlərimizə tamamilə zidd idi”-deyə Əl-Culani bildirmişdi.
Müsahibədə o, “Heyat Təhrir əş-Şam”ın terror qruplaşması kimi təsnif edilməsinin “ədalətsiz” olduğunu bildirib.
… və İDLİB
Əl-Culaninin liderlik üslubu şəraitə uyğunlaşmaq qabiliyyəti ilə xarakterizə olunur. “Heyat Təhrir əş-Şam” İdlibdə İslam qanunlarının ciddi şərhinə əsaslanan bir hakimiyyət qurdu, məhkəmələr, polis qüvvələri və inzibati orqanlar yaratdı.
“Heyat Təhrir əş-Şam”ın lideri olaraq əl-Culani İdlibdə böyük nüfuza malikdir və İdlib Türkiyə sərhədinə yaxınlığına görə strateji əhəmiyyətə malik bir bölgədir və onu regional və beynəlxalq güclərin diqqət mərkəzinə çevirir.
Təxminən onillik bölünmələr, birləşmələr və adının dəyişdirilməsi zamanı Əl-Culani özünü Əl-Qaidə ilə əlaqələri keçmişdə qalmış praqmatist kimi göstərməyə çalışıb.
Bu illər ərzində Əl-Culaninin ölümü ilə bağlı bir neçə xəbər yayılsa da, onların hamısının həqiqətə uyğun olmadığı sübuta yetirilib.
“Heyat Təhrir əş-Şam”ın lideri olaraq əl-Culani özünü beynəlxalq terrorizmlə əlaqəli imicdən uzaqlaşdırmağa çalışaraq, özünü yenidən siyasi lider kimi təqdim etməyə çalışıb.
Bu səylərə baxmayaraq, ABŞ hökuməti onu terrorçu kimi təsnif edir və Əl-Culani ilə bağlı hər hansı məlumatın verilməsi müqabilində 10 milyon ABŞ dollarına qədər mükafat veriləcəyini elan etdi.