ƏLCƏZAİR,ArabAZ
Əlcəzair BMT Təhlükəsizlik Şurasının terrorizmlə mübarizə və nüvə silahlarının yayılmaması üzrə iki komitəsinin birgə iclasında terrorizmlə mübarizə üçün mövcud beynəlxalq sistemin yenidən qurulmasına çağırıb. ArabAZ xəbər verir ki, görüş Əlcəzairin sədrlik etdiyi Terrorizmlə Mübarizə üzrə 1373 Komitə də daxil olmaqla, terrorizm və nüvə silahlarının yayılmaması ilə mübarizəyə cavabdeh olan üç əsas komitənin rəhbərlərinin təqdimatları üçün açıq sessiya zamanı keçirilib.
Afrikada terror qruplarının genişlənməsi fonunda xüsusi əhəmiyyət kəsb edən bu toplantıya Böyük Britaniya sədrlik edib. Görüş zamanı ölkənin BMT-dəki səfiri Əmmar Ben Cama 1373 Terrorla Mübarizə Komitəsinin sədri kimi Komitənin fəaliyyətinin ətraflı xülasəsini təqdim edib.
Əlcəzairli diplomat öz təqdimatında son bir ildə əldə edilmiş mühüm irəliləyişləri vurğulayıb.
“Biz 1990-cı illərdə terrorla təkbaşına mübarizə aparmışıq. Bu, bizə Şuranın yanaşmasının effektiv olmadığını öyrədən bir təcrübədir”-deyə o bildirib.