DUBAY,ArabAZ
Emirates Hava Yolları keçən ay Livan Hizbullah qruplaşmasını hədəf alan hücumlardan sonra bu tip simsiz rabitə cihazlarını və eləcə də sərnişinlərə uçuşlarında peyjer və radio aparatları daşımağı qadağan edib.ArabAZ xəbər verir ki, Dubayda yerləşən şirkət öz saytında verdiyi açıqlamada deyilir: “Dubaya və ya Dubadan keçən bütün sərnişinlərə qeydiyyatdan keçmiş baqajda peyjer və radio aparatları daşımaq və ya təyyarənin göyərtəsində daşımaq qadağandır”.
Ciddi təhlükəsizlik tədbirlərinin bir hissəsi olaraq tapılan qadağan olunmuş əşyalar Dubay Polisi tərəfindən müsadirə olunacaq.
Yaxın Şərqin ən böyük hava yolu şirkəti həmçinin İraq və İrana uçuşların dayandırılmasının çərşənbə axşamına qədər davam edəcəyini, İordaniyaya uçuşların isə sabah (bazar) bərpa ediləcəyini açıqlayıb.
Qeyd edək ki, Hizbullah üzvlərinin istifadə etdiyi minlərlə bomba yüklü peycer və yüzlərlə telsiz sentyabr ayında İsrail tərəfindən partladıldı. İsrail hadisə ilə əlaqəsinin olmadığını bildikib.