Fransa Prezidenti Emmanuel Makron və onu müşayiət edən nümayəndə heyəti bu gün – iyulun 6-da Suriyaya rəsmi səfərə gəlib.
ArabAZ xəbər verir ki, Dəməşq Beynəlxalq Hava Limanında Fransa liderini Suriyanın xarici işlər və mühacirlər naziri Əsəd Həsən əş-Şeybani qarşılayıb.
Bu səfər 2008-ci ildən bəri bir Fransa prezidentinin Suriyaya etdiyi ilk rəsmi səfər kimi tarixə düşüb. Eyni zamanda bu addım Suriya-Fransa münasibətlərinin qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan tamamilə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

